Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:46

Ağ ev rəsmisi ifadəsində nə deyib


Alexander Vindman
Alexander Vindman

Ağ ev rəsmisinin impiçment araşdırması çərçivəsində verdiyi ifadə “hekayətin eşitdiyimiz əsas faktlarını təsdiqlədi”. Bunu ABŞ Konqresinin demokrat üzvləri deyir. Respublikaçı konqresmenlər, Prezident Donald Trump və tərəfdarları isə şahidin dediklərinin əhəmiyyətini azaltmağa çalışıb.

Ordunun polkovnik- leytenantı, Milli Təhlükəsizlik Şurasının Avropa Məsələləri üzrə direktoru Alexander Vindman oktyabrın 29-da qapalı ifadə verməyə hərbi geyimdə, sinəsində medalları ilə gedib. Nümayəndələr Palatası Trump-ın hərəkətlərinin impiç olunası pozuntu olub-olmadığını araşdırır.

O, iyulun 25-də Trump ilə ukraynalı həmkarı Volodymyr Zelenskiy-nin telefon danışığının iştirakçısı olmuş şəxslərdən indiyədək ifadə vermiş yeganə şəxsdir. Həmin söhbət zamanı Kiyevdən xahiş olunub ki, demokratlardan prezidentliyə namizəd ola biləcək Joe Biden və onun oğlu Hunter-ə bağlı enerji şirkəti barədə araşdırma aparılsın.

Vindman öncədən hazırlanmış ifadəsində deyib ki, o, telefon söhbətindən narahat olub. “Xarici hökumətdən ABŞ vətəndaşı barəsində araşdırma aparmağı istəməyin düzgün olmadığını düşünürdüm, bunun ABŞ hökumətinin Ukraynaya dəstəyinə təsiri sarıdan narahat idim”, – o vurğulayıb.


Vindmana qarşı iddialar

Sovet Ukraynasında doğulmuş Vindman 1979-cu ildə 3 yaşında Birləşmiş Ştatlara gedib. O, 20 il hərbi zabit kimi çalışıb, 2008-ci ildən isə Avrasiya üzrə ixtisaslaşmış təmsilçidir, Moskva və Kiyevdə tapşırıqlar icra edib.

2018-ci ilin iyulundan Milli Təhlükəsizlik Şurasındadır.

Demokrat konqresmenlərin fikrincə, Vindman-ın ifadəsi digər şahidlərin dediklərini gücləndirir, Palata impiçment araşdırmasını səsverməyə qoymazdan öncə yeni detallar üzə çıxarmış olub. Trump-a qarşı ilk şikayəti sözügedən telefon söhbətini dinləmiş əməkdaş qaldırıb.

“Şahidlərin hər biri, öz nöqteyi nəzərindən hekayətin eşitdiyimiz mərkəzi faktlarını təsdiqləmiş olub”, – konqresmen Tom Malinowski “AP”yə deyib.

Respublikaçı Trump isə elə həmin gün tvitində araşdırmanı “saxta” adlandırıb, Vindmanın isə “heç vaxt Trumpçı” olmadığını deyib.

Vindman daha öncə demokrat kimi qeydiyyatdan keçib.

Prezidentin bəzi tərəfdarları Vindman-ın ifadəsinin əhəmiyyətini kiçiltməyə çalışıb, onun Birləşmiş Ştatlara sadiqliyini sorğulayıblar.

Respublikaçı konqresmen Sean Duffy deyib ki, Vindman-ın Ukrayna ilə bağlılığı onun həmin ölkəyə “yaxınlığı” onun mühakiməsinin qeyri-dəqiq olmamasına imkan verir.

25 iyul telefon zəngi vaxtı Trump Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı dayandırmışdı.

Duffy CNN-ə müsahibəsində deyib ki, Vindman “Ukraynanın müdafiəsi sarıdan inanılmaz dərəcədə narahatdır”: “Onun Amerika siyasətinə görə nə dərəcədə narahat olduğunu bilmirəm, amma əsas missiyası Ukraynanın həmin silahları əldə etməsi olub. Bunu anlayıram: hamımızın gəldiyimiz vətənə bir bağlılığımız var”.

Bəzi digər respublikaçılar isə Vindmanı müdafiə edib. Respublikaçı Liz Cheney deyib ki, onun vətənpərvərliyini tənqid etmək “utancvericidir”.

Rusiyada keçmiş səfir, vaxtilə Vindmanla Moskvada işləmiş Michael McFaul isə ittihamları qanunsuz adlandırıb.

XS
SM
MD
LG