Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:58

Putin mürtəce qanunu imzalayır, Duma bir az da dərinə gedir


Rusiya Dövlət Duması xarici agent statusunda tanınan kütləvi informasiya vasitələri (KİV) və şəxslərin cəzalandırılmasına imkan verən qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Bundan az əvvəl prezident Vladimir Putin Rusiya vətəndaşlarının xarici agent kimi tanınmasına yol açan qanunu imzalamışdı.

Beləliklə perspektivdə bu iki qanun xarici agent kimi tanınan vətəndaşların həbslərinə imkan verəcək.

Qanun layihəsinə görə xarici agent kimi tanınan KİV-lər və onlara bərabər tutulan şəxslər 10 min rubldan (155 dollar) 5 milyon rubladək (78 min dollar) cərimələnə bilərlər. Qanun layihəsi habelə belə şəxslərin 15 sutkalıq həbs edilməsinə imkan verir.

Mövcud qanun xarici agent kimi tanındıqları təqdirdə vətəndaşların Rusiyada hüquqi şəxs təsis etməsini tələb edir.

Məhz buna görə də onlara qarşı istər fiziki, istərsə də hüquqi şəxs kimi sanksiyalar qoyula bilər.

KİV-xarici agentlər barədə qanun insan haqları müdafiəçiləri, beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin tənqid olunub.

Avropa Xarici Əlaqələr Xidməti (Avropa İttifaqının xarici işlər kommisarlığı - red) bəyan edib ki, qanun “kütləvi informasiya vasitələrini damğalamaqla, təməl azadlıqların həyata keçirilməsini məhdudlaşdırır”.

ABŞ Dövlət Departamentinin nümayəndəsi xanım Morgan Ortagus deyib ki, qanundan “müstəqil səslərin boğulması” üçün sui-istifadə edilə bilər.

***

Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin “xarici agent” hesab olunan media orqanları ilə bağlı mövcud qanuna dəyişiklikləri imzalayıb. Tənqidçilərin fikrincə, məqsəd narazıları susdurmaq, xəbər plüralizmini məhdudlaşdırmaq, azad ideya mübadiləsini çətinləşdirməkdir.

Yeni qanun hakimiyyətə imkan verir ki, rəsmən xarici agent hesab olunan təşkilatlar üçün çalışan jurnalistləri də xarici agent adlandırsın.

Bu, xarici media orqanları ilə əməkdaşlıq edən, onlardan maddi, başqa dəstək alan şəxslərə aid ediləcək.

Xarici medianın dərc etdiyi material Rusiyanın qanunlarını pozarsa, “yeni normalar Rusiya hökumətinə xarici agentlərin, yaxud onların təsis etdiyi hüquqi şəxslərin vebsaytlarını bloklamağa imkan verir”, – TASS bildirir.

Rusiya 2012-ci ildə xarici agent qanununu qəbul edib. Bu qanun xaricdən maliyyə əldə edən QHT-lərin qeydiyyatdan keçməsini tələb edir.

Sözügedən qanunun qəbulundan öncə, Vladimir Putin hakimiyyətə gələndən ən böyük antihökumət etirazları ilə üzləşmişdi. Putin həmin etirazlara görə Qərbin nüfuzunu və pulunu təqsirli bilirdi.

Tənqidçilər deyirlər ki, bu qanun təşkilatlara damğa vurur və jurnalistlər də “xarici agent” adlandırsalar, eyni münasibətlə üzləşəcəklər.

AzadAvropa/AzadlıqRAdiosunun (RFE/RL) Prezidenti Jamie Fly noyabrın 21-də deyib ki, bu qanunu reportyorların həyatını və təhlükəsizliyini “zəbt edir”, “Rusiyanın keçmişindən ən qaranlıq dövrlərin qalığıdır”.

Rusiya rəsmiləri isə bu qanunu dövlətin maliyyələşdirdiyi RT televiziyasına qarşı edilənlərə “simmetrik cavab” sayır. ABŞ hakimiyyəti həmin telekanalı təbliğat yaymaqda suçlayır və ABŞ-da fəaliyyət göstərən bölümünün ABŞ Xarici Agentlərin Qeydiyyat Aktı (FARA) çərçivəsində qeydiyyatdan keçməsini tələb edib.

XS
SM
MD
LG