Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:26

Trump bu il seçicilərin səsini qazanacaqmı – Qərb mediası


Donald Trump həyat yoldaşı Melania Trump ilə
Donald Trump həyat yoldaşı Melania Trump ilə

“The Financial Times” qəzetinin yazarları 2020-ci illə bağlı proqnozlarını paylaşıblar. Proqnozlar Britaniyanın Avropa Birliyindən ayrılmasından tutmuş, İranla müharibənin mümkünlüyünə qədər bir sıra məsələləri əhatələyir.

Müəlliflər Böyük Britaniyanın Baş naziri Boris Johnson-un Avropa Birliyi ilə ticarət sazişini razılaşdıra biləcəyini düşünürlər. Axı, AB-nin qalan 27 üzvü də belə bir razılaşmanın əldə olunmasında maraqlıdır. Ümumilikdə götürəndə onların ticarəti saldosu yüksəkdir. Ancaq maneələr də olacaq. Belə ki, Fransa təkid edir ki, balıq sənayesi də sazişə salınsın və Britaniya AB-nin əmək və ətraf mühit standartlarını aşağı salmayacağına təminat versin.

Məqalədə Almaniya Kansleri Angela Merkelin böyük koalisiyasının iflas edəcəyi, İtaliyada isə Matteo Salvini-nin hakimiyyətə qayıdacağı proqnozlaşdırılır.

İranla müharibə olacaqmı

Bəs görəsən, Donald Trump bu ilin noyabrında seçicilərin səsini qazana biləcəkmi. Qəzet bunun baş verməyəcəyini proqnozlaşdırır.

“2016-cı ildə Hillary Clinton Trump-dan 3 milyon artıq səs yığsa da seçici kollegiyasında uduzdu. Bu fərq 2020-ci ildə daha böyük ola, amma yenə də Trump-ın yenidən seçilməsi isə nəticələnə bilər. Enerjili anti-Trump seçicilərinin çoxu Kaliforniya və Nyu York kimi artıq Demokrat partiyasına meyllənən ştatlarda yaşayır. Onların səsləri beləcə “xərclənə” bilər. Əsl mübarizə yenə də ötən dəfə Trump-a qələbəni qazandırmış daha kiçik, orta-qərb ştatlarında baş verəcək”, – məqalədə vurğulanır.

Qəzet bu il ABŞ-da iqtisadi geriləmə baş verməyəcəyini, Hindistanın isə ən sürətlə artan böyük iqtisadiyyat statusunu qazana bilməyəcəyini proqnozlaşdırır. Ötən ilyarımda Hindistanın ÜDM artımı 8 faizdən 4,5 faizə düşüb. Səbəb bankçılıq, maliyyə sistemi və vaxtilə çiçəklənən daşınmaz əmlak sektorunda kəskin problemlərdir.

Məqalədə 2020-ci ildə İranla müharibənin gözlənmədiyi qeyd edilir. Ötən il Trump administrasiyası İrana “maksimum təzyiq” strategiyasını gücləndirib, Tehran isə buna provokativ addımlarla cavab verib.

“Döyüşkən ritorikaya baxmayaraq, Trump qətiyyətli addım atmağa meylli olmadığını göstərib. Baş rolda oynayanların hamısı müharibə istəmədiklərini deyirlər. Üstəlik, seçki qabağı Trump-ın Amerikanı münaqişəyə çəkəcəyi real görünmür. Amma istənilən yanlış yanaşma dəyərləndirmə qəflətən vəziyyəti alovlandıra bilər”, – qəzet yazır.

“The Financial Times” Brent neftinin barelinin ili 65 dollardan yuxarı səviyyədə başa vurmayacağını proqnozlaşdırır. OPEC Rusiya daxil müttəfiqləri ilə birlikdə hasilatı azaldır və neftin barelinin qiyməti 65 dolları keçir. Amma qiymətin ilboyu bu səviyyədə qalmasından ötrü tərəflər hasilata məhdudiyyəti saxlamalıdırlar. Burada ağırlıq Səudiyyə Ərəbistanının üzərinə düşür, Rusiyanın isə sazişə hal-hazırda necə əməl etdiyi təftiş altındadır.

XS
SM
MD
LG