Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

ABŞ Senatında prezidentin mühakiməsinə başlanır


Spiker Nancy Pelosi ittihamnaməni imzalayır
Spiker Nancy Pelosi ittihamnaməni imzalayır

ABŞ Senatı prezident Donald Trump-ın impiçment mühakiməsinə başlayır.

Bundan əvvəl Senatda prezidentə qarşı ittihamnamə elan edilib.

Bununla da ABŞ tarixində üçüncü dəfə prezidentə qarşı məhkəmə prosesi başlanıb.

ABŞ Nümayəndələr Palatasının mühakimədə ittihamçı rolunu oynayan hüquqçular komandasına rəhbərlik edən millət vəkili Adam Schiff deyib:

"Özünün davranışı və konstitusiya andını pozması ilə Donald Trump bir prezident kimi səlahiyyətlərini aşıb”.

Yanvarın 16-da Senat baş hakim John Roberts-i prosesin hakimi təyin etməli idi. O isə öz növbəsində 100 senatorun hamısının münsiflərin üzvü kimi andlarını qəbul etməlidir.

Ötən ay ABŞ Nümayəndələr Palatası prezident Donald Trump-ı səlahiyyətlərin aşılması və ədalətə maneçilik törədilməsi ittihamları ilə impiçment edib.

Trump özünə qarşı ittihamları rədd edir və impiçment prosesini “əcinnə ovu” adlandırır.

Trump-ın partiyadaşları olan respublikaçılar Senatda çoxluğa malikdirlər.

Onun prezidentlikdən uzaqlaşdırılması üçün Senatın üçdə ikisinin buna səs verməsi lazımdır.

Bu isə hazırkı vəziyyətdə real görünmür.

İmpiçment mühakiməsinin rəsmi hissəsinin yanvarın 21-də başlanacağı gözlənilir.

XS
SM
MD
LG