Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Erdogan və Putin bu həftə görüşürlər


Recep Tayyip Erdogan (sağda) və Vladimir Putin, arxiv fotosu
Recep Tayyip Erdogan (sağda) və Vladimir Putin, arxiv fotosu

Türkiyə Prezidenti Recep Tayyip Erdogan rusiyalı həmkarı Vladimir Putin-lə bu həftə Moskvada görüşəcək. Məlumatı martın 2-də həm Türkiyə, həm də Rusiya təsdiqləyib.

Türkiyə martın 2-də Rusiyanın dəstəklədiyi Suriya qüvvələrinə qarşı tammiqyaslı hərbi əməliyyat başlatdığını bildirib. Üsyançıların son istehkamı olan İdlibdə son günlər vəziyyət gərginləşib, bir raket zərbəsində 34 türkiyəli əsgər öldürülüb. Buna görə Suriya günahlandırılır.

“Prezident martın 5-də Rusiyaya birgünlük səfər edəcək”, – Türkiyə prezidentliyinin bəyanatında deyilir.

Kremlin sözçüsü Dmitry Peskov da Moslvada Suriya danışıqlarının aparılacağını təsdiqləyib.

Moskva təminat vermir

Ancaq Kreml Türkiyənin diqqətini Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığına da çəkib, Moskva Suriyada uçan Türkiyə təyyarələrinin təhlükəsizliyini təmin edə bilməyəcəyini bildirir.

Türkiyə martın 1-də dron zərbələri ilə 19 suriyalı əsgəri öldürüb, iki hərbi təyyarəni vurub.

Münaqişədə qarşı tərəfləri dəstəkləyən Türkiyə və Suriya indiyədək birbaşa qarşıdurmadan qaçıblar. Bu iki ölkənin müdafiə və ticarət əlaqələri dərindir.

Putin martın 2-də Rusiyanın TASS xəbər agentliyinə deyib ki, Rusiya heç kəslə müharibəyə getməyi planlaşdırmır, amma digər ölkələri Moskvayla münaqişədən çəkindirmək istəyir.

Erdogan və Putin oktyabrda Soçidə görüşərək Suriyanın şimal-şərqində birgə patrulla bağlı razılığa gəlmişdilər.

Ancaq Suriya və Rusiya getdikcə əraziyə tam nəzarət qərarına gəlib və dekabrda başladılan hücum əməliyyatı nəticəsində milyonlarla dinc sakin evindən didərgin düşüb.

XS
SM
MD
LG