Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:20

Prezident: 'Buna heç cür izahat tapmaq mümkün deyil'


Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı olub
Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı olub

«Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil».

AZƏRTAC-ın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında bildirib.

Prezident vurğulayıb ki, kifayət qədər maska ehtiyatı var: «Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcək».

Prezident qeyd edib ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür: «Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar».

Maskanın qiyməti qalxmaqda davam edir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Bahalaşma

Son günlər Azərbaycanda istər paytaxt Bakıda, istərsə də rayonlardakı apteklərdə tibbi maska qıtlığı yaşandığı bildirilir. Əvvəllər 10 qəpiyə satılan maskaların 70 qəpiyə yüksəldiyi qeyd olunur.

Fevralın 28-də Azərbaycanda koronavirusa ilk yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Fevralın 29-da isə daha iki nəfərin koronavirusa yoluxduğu bildirildi. Həmin üç nəfərdən ikisinin Azərbaycan, birinin isə Rusiya vətəndaşı olduğu qeyd edilir. Hər üç şəxsin İrandan gəldiyi deyilir. Üstəlik, hazırda son günlər İrandan qayıtmış bir neçə yüz şəxsin Azərbaycanın cənub rayonlarındakı xəstəxanalarda karantinə alındığı vurğulanır.


Artıq Nazirlər Kabineti də fevralın 29-u saat 16:00-dan iki həftə ərzində İranla sərhədin bağlandığını açıqlayıb. Amma yük maşınlarının İrana getməsində məhdudiyyət olmadığı bildirilir.

Dünən, martın 3-dən isə martın 10-dək orta və ali məktəblərdə dərslər dayandırılıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 3 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı qeyd edilirdi. İranda 100-ə yaxın şəxsin bu virusdan öldüyü deyilir. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

XS
SM
MD
LG