Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:56

Yada düşən qeyri-neft sektoru


Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

Azərbaycan kəndlisi niyə varlana bilmir? (2016)

Hələ 2014-2015-ci illərdə dünyada neftin qiyməti kəskin (3 dəfədən çox) düşəndə Azərbaycanda hökumət qeyri-neft sektorunun inkişafını qarşıya məqsəd qoyduğunu açıqlamışdı. Sonrakı illər neftin qiymətində müəyyən artım özünü göstərməyə başladı. Amma son həftələr «qara qızıl»ın 50 dollar civarından 30-35 dollara düşməsi yenidən qeyri-neft sektorundakı durumu aktuallaşdırmaqdadır...

N.Cəfərli
N.Cəfərli

5 il əvvəl və indi

ReAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, faiz etibarilə ölkədə neftdən asılılıq 5 il öncə necə idisə, indi də elə qalır: «2014-cü ildə büdcənin formalaşmasında Neft Fondu 50 faiz rola malik idi. Bu gün isə 49 faizdir. O vaxt enerjidaşıyıcılar xarici ticarət dövriyyəsinin 90 faizini təşkil edirdi, bu gün də həmin səviyyədədir».

İqtisadçı vurğulayıb ki, qeyri-neft sektorunda ciddi inkişaf olsa idi, bu, qeyd edilən məsələlərlə bağlı faizlərdə əksini tapmalı idi. Onun sözlərinə görə, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının ixracatında rəqəmsal artım var, amma bu artım o qədər də ciddi deyil.

N.Cəfərliyə görə, qeyri-neft sektorunda lazımi inkişafın olmamasının səbəbləri var. Onun fikrincə, hökumət iqtisadiyyatda atılan addımları paralel olaraq idarəetmənin təkmilləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin qurulması ilə tamamlaya bilmədi:

«Strateji yol xəritələrində də bu məsələlər əksini tapırdı»

«Baxmayaraq ki, strateji yol xəritələrində də bu məsələlər əksini tapırdı. Nəhayət, hökumət də anlamalıdır ki, iqtisadiyyatda atılan addımlar idarəetmədə tamamlanmadıqca, səmərə verməyəcək...».

N.Cəfərli qeyd edib ki, indi qeyri-neft ixracı 1 milyard 500 milyon dollara çatıb.

Sizcə, Azərbaycan başqa ölkələrə neftdən başqa hansı məhsullar sata bilər?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Statistika

2019-cu ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 2.2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3.5 faiz, neft-qaz sektorunda isə 0.4 faiz artıb.

DSK-nın məlumatına görə, 2014-cü ildə isə ölkədə 59 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2.8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu:


«İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 61 faizədək yüksəlib. Ümumi daxili məhsulun 39 faizi neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 2.9 faiz azalıb».

2015-ci ildə Azərbaycanda manat iki dəfə devalvasiyaya məruz qalıb. Nəticədə dollar qarşısında iki dəfədən çox dəyər itirib. Bu isə dollarla ifadədə ÜDM-nin son 5 ildə azalmasından xəbər verir.

Z.Oruc
Z.Oruc

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə hesab edir ki, karbohidrogen resurslarına malik ölkələrdə iqtisadiyyatı bir platformadan digərinə keçirmək üçün uzun, on illər lazım olur. Onun «Turan» agentliyinə deməsinə görə, 2015-ci il devalvasiyaları nə qədər arzuedilməz olsa da, bir o qədər də iqtisadiyyatın digər alternativ platformalara daşınmasına təsir göstərib: «İqtisadiyyatın yalnız bir resursdan asılı qalmaması üçün dövlət başçısı İlham Əliyev tərəfindən çevik antiböhran proqramları həyata keçirildi və bunun pik nöqtəsi 2019-cu il olub. Bank sektorunun sağlamlaşdırılması, vətəndaşların 10 min dollara qədər bank kreditlərinin ödənilməsi və s. addımlar imkan verdi ki, neftə alternativ olan sahələr müəyyən qədər canlansın».

«Xammal deyil, son məhsul»

Deputatın sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı və qeyri-neft sənayesi sahəsində inkişaf 10 faizin üzərindədir, ÜDM-ə nisbətdə xarici borc çox azdır.

Z.Oruc əlavə edib ki, artıq hökumət «xammal deyil, son məhsul» prinsipini irəli sürür, idxalı azaltmaq xətti əsas götürülür və sənaye korporasiyası yaradılması buna xidmət göstərir.

XS
SM
MD
LG