Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

'Sərhədlər vaxtında bağlanmalı idi'


Slovenia - Medical staff check a passenger in a car for coronavirus (COVID-19) at the border crossing with Italy in Vrtojba, Slovenia, March 11 , 2020.
Slovenia - Medical staff check a passenger in a car for coronavirus (COVID-19) at the border crossing with Italy in Vrtojba, Slovenia, March 11 , 2020.

Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah bu gün, martın 14-dən etibarən Azərbaycanda xüsusi rejimin tətbiq edildiyini açıqlayıb. Məlumatda yazılıb ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Qurum vurğulayıb ki, bununla bağlı bir ay müddətinə ölkədə kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.

Üstəlik, martın 14-dən etibarən Azərbaycan və Gürcüstan sərhədi bütün nəqliyyat vasitələri üçün bağlanıb.Bundan əvvəl isə İranla sərhəddə məhdudlaşdırıcı tədbirlər görülümüşdü...

“Çoxdan verilməli idi, effekti də olacaq”

Adil Qeybulla, arxiv foto
Adil Qeybulla, arxiv foto

Tibb sahəsi üzrə professor Adil Qeybulla hesab edir ki, Nazilər Kabinetinin bu qərarından irəli gələn tədbirlərin hamısı vacibdir:

“Odur ki, qərar birdən deyil, əslində karantin tədbirləri çərçicəsində verilib. Normal hesab edirəm, çoxdan verilməli idi, effekti də olacaq”.

Onun fikrincə, insanlar arasında təmaslar nə qədər az olsa yoluxma riski də bir o qədər az olar. A.Qeybullanın əlavə etməsinə görə, bu məsələdə bir problem də odur ki, virusa yoluxan insanda xəstəliyin aşkarlanması iki həftədən dörd həftəyə kimi çəkir.

Bəzi ekspertlərin vurusun Azərbaycandan öncə aşkarlandığı İranla sərhəddin gec bağlanması ilə bağlı fikrlərinə gəldikdə isə ekspert deyib:

“Sərhədlər tez bağlanmalı idi”

“Əlbəttə, bunun mənfi təsirləri olub və sərhədlər tez bağlanmalı idi. Müəyyən qədər təsiri oldu. Amma yenə də sərhədləri tam bağlamaq real görünmür, amma nəzarəti daha da gücləndirmək lazım gəlir”.

Ekspertə görə, amma yay aylarına yaxın yəqin daha rahat nəfəs almaq olar, infeksiya yavaş-yavaş azalmağa doğru gedə bilər.

“Gecikmiş qərar”

Seymur Həzi
Seymur Həzi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi də Azadlıq Radiosuna deyib ki, qeyd edilən son qərar gecikmiş qərardır: “Amma bununla belə, yenə də bütün şərtlərə əməl olunsa gec deyil. Nə qədər insanı bu virusdan qoruyub saxlamaq olar. Hökumət də məsuliyyt göstərərsə nəticə əldə etmək olar”.

S.Həzi əlavə edib ki, metro stansiyalarında, ictimai nəqliyyatda bu virusa qarşı mübarizə bütün tələblərə cavab vermir. O da hesab edir ki, İranla sərhəd gec bağlanıb və bunun mənfi təsirləri olub:

“Yayılma indiki miqyasda yox, daha az ola bilərdi”

“Bu məsələyə kimi Azərbaycandan gündəlik İrana 2-3 min nəfər gedib gəlirdi. Odur ki, sərhədlər vaxtında bağlanmalı idi. Bağlansa idi bəlkə də yayılma indiki miqyasda yox, daha az ola bilərdi. Həm də nəzərə alaq ki, bu virusa yoluxmanın aşkar olunması iki həftədən çox çəkə bilər. Odur ki, ölkəyə daxil olan şəxslərdən kimin xəstə, kimin sağlam olmasını müəyyən etmək faktiki problemə çevrilirdi”.

Deputat Fazil Mustafa-nın “ Turan” agentliyinə deməsinə görə, isə Azərbaycan hökuməti bu addımı öz mülahizələrinə görə yox, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə atır. Onun fikirncə, müalicə sistemi də ÜST-ün verdiyi prinsiplər, təlimatlar əsasında həyata keçirilir və ilk növbədə qabaqlayıcı tədbirlər sisteminin effektli olması vacibdir.

“Əgər intizam olacaqsa”

Fazil Mustafa
Fazil Mustafa

Deputat əlavə edib ki, bu kimi məsələlərdə ciddi addımlar vətəndaşların dəstəyindən asılı olaraq effekt verəcək:

“Vətəndaşlar intizamlı olarsa bu problem daha tez aşılacaq. Əksinə, vətəndaşlar ənənəvi tərz yaşamlarını, yas, toy məclislərini keçirməkdə israr edəcəksə, bir az çətinlik yaradacaq.


Çünki hər şeyi cəzlandırmaqla, qadağan etməklə həll etmək olmur. Çin göstərdi ki, məhz intizamın hesabına ölkədə yayılmış xəstəliyiin qarşısını ala bildi”

Onun fikirncə, rəsmi məlmatlara eitbar edilməli və gözləmək lazımdır.

“Sadəcə İran həyəcan təblini geç çaldı”

Deputat amma İranla sərhədlərin bağlanılmasının yubadılması ilə bağlı fikirlərlə razı deyil: “Daha çox İranda olan Azərbaycan vətəndaşlarının dönüşü gözlənilirdi. Sadəcə İran həyəcan təblini geç çaldı. Hamını rahtlatdı ki, elə bir ciddi təhlükə yoxdur, sonradan məsələ məlum olanda böyük bir probelm olduğu göründü”.

Xatırlatma

Virusun ilk yayıldığı Vuhan şəhəri, 4 mart 2020
Virusun ilk yayıldığı Vuhan şəhəri, 4 mart 2020

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.Bu müddət, sonra da daha 2 həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.Hazırda əsasən İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 5 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

Martin 12-də Azərbaycanda da koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı. Bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı bildirilib.

Onlardan birinin öldüyü, altısının isə sağalaraq evlərinə buraxıldığı vuğulanıb.

XS
SM
MD
LG