Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:32

‘Twitter’ Rusiyayla bağlı postu ‘silib’


Moskvada MUM işçisi
Moskvada MUM işçisi

Rusiya hakimiyyəti bildirir ki, Twitter sosial mesajlaşma şəbəkəsi ölkədə koronavirusa görə guya komendant saatı elan olunacağı iddia olunan saxta informasiyanı silib.

Ölkənin media tənzimləyicisi olan Roskomnadzor bildirir ki, martın 26-da ABŞ-da mənzillənən şirkətə postun silinməsi üçün müraciət göndərib.

Qurumun məlumatına görə, postda Müdafiə Nazirliyinin Moskvada komendant saatı elan olunacağı iddia olunan sərəncamından söz açılıb. Roskomnadzor martın 27-də yaydığı bəyanatda bu informasiyanın saxta olduğunu bildirib.

Twitter Roskomnadzor-un bəyanatını şərh etməyib.

Baş Prokurorluq isə bildirib ki, rəsmilər Facebook-da VK-da dolaşan, saxta olduğu bildirilən informasiyayla bağlı oxşar müraciətlər ediblər.

Facebook “koronavirus yoluxmalarının sayı haqda qeyri-dəqiq, sosial baxımdan vacib informasiyanı silib”, – Roskomnadzor vurğulayıb.

***

Rusiyada kafelər, restoranlar bağlanır

Rusiya boyunca bütün restoran və kafelərin qapadılması göstərişi verilib. Hökumət koronovirusun yayılmasını mümkün qədər məhdudlaşdırmağa çalışır.

Göstəriş martın 27-də verilib. Rusiyada koronavirusa 196 yeni yoluxma halı aşkarlanaraq ümumi yoluxmaların sayı 1036-ya çatıb. Virusdan üçüncü ölüm halı təsdiqlənib.

Baş nazir Mikhail Mishustin hökumətinin sərəncamında regional hakimiyyət orqanlarına tapşırılır ki, “ictimai ərzaq xidməti təşkilatlarının fəaliyyəti dayandırılsın”. Məhdudiyyətlər martın 28-dən qüvvəyə minir.

Hökumət iyunadək bütün istirahət mərkəzlərini, sanatoriyaları da qapadır.

Prezident Vladimir Putin martın 28-dən aprelin 5-dək qeyri-iş həftəsi elan edib. Məqsədin “xəstəliyin sürətli yayılması təhdidini önləmək” olduğu bildirilir.

Hökumət daha öncə bütün beynəlxalq uçuşları dayandırıb.

Rusiyanın ən böyük şəhəri olan paytaxt Moskvada hakimiyyət orqanları əhalini evdən çıxmamağa çağırır, ictimai nəqliyyatı məhdudlaşdırırlar.

Təsdiqlənmiş yoluxma hallarının çoxu Moskvadadır.

XS
SM
MD
LG