Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:55

Kreml Trump-ın Putin barədə dediyini təkzib edib


Donald Trump (solda) və Vladimir Putun
Donald Trump (solda) və Vladimir Putun

Reuters xəbər verir ki, martın 30-da ABŞ prezidenti Donald Trump və Rusiya lideri Vladimir Putin telefon söhbətində qlobal enerji bazarlarını sabitləşdirməyin zəruriliyi məsələsini müzakirə ediblər.

Söhbət ilk növbədə koronavirus pandemiyası və tələbatın azalması ilə bağlı neft qiymətlərinin kəskin düşməsindən gedir.

Ağ Evin sözçüsü Judd Deere deyib ki, “iki lider G20 qrupu vasitəsilə koronavirusa qarşı mübarizə və qlobal iqtisadiyyatın dirçəldilməsi sahəsində birgə işləmək barədə razılığa gəliblər”.

Bundan əvvəl AzadlıqRadiosunun Rus xidməti Kremlin rəsmi internet saytına istinadən yazırdı ki, bu telefon söhbətinin təşəbbüsçüsü Amerika tərəfi olub.

Kreml bunu da bildirir ki, dünya neft bazarlarındakı vəziyyətin müzakirəsinin ardınca Trump və Putin energetika nazirləri səviyyəsində “Rusiya-ABŞ” məsləhətləşmələri keçirilməsi barədə razılığa gəliblər.

Moskva bildirir ki, Putin və Trump şəxsi təmaslarını davam etdirmək niyyətlərini də bildiriblər.

Bundan əvvəl ABŞ mediası xəbər verirdi ki, Trump Səudiyyə və Rusiya arasında gedən neft qiyməti müharibəsini Putinlə müzakirə etmək istədiyini bildirib.

O FoxNews telekanalına müsahibəsində demişdi:

"Mən bizim ölkənin tarixində özünü Rusiyaya qarşı ən sərt aparan prezidentəm. Sanksiyaları mən qoymuşam və onlar tamamilə sərtdir”.

AFP agentliyi diqqəti Trump-ın müsahibəsi zamanı onun Rusiya üzərindən sanksiyaların qaldırlması məsələsinə dair suala necə cavab verməsinə çəkib:

Martın 30-da Trump FoxNews telekanalına verdiyi müsahibədə deyib ki, Putin sanksiyaların qaldırılmasını ondan iki ildir xahiş edir.

Lakin REGNUM agentliyinin məlumatına görə Putinin sözçüsü Dmitry Peskov Trump-ın guya Putinin sanksiyaların qaldırılması üçün ona dəfələrlə müraciət etməsi barədə iddiasını təkzib edib.

Agentliyin yazdığına görə Peskov “ xeyr, bu belə deyil” deyib.

Ağ Ev Trump və Putin arasında telefon söhbəti barədə geniş açıqlama verməyib.

XS
SM
MD
LG