Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

Bill Gates-dən vaksin çağırışı – Qərb mediası


Bill Gates
Bill Gates

Microsoft şirkətinin qurucusu Bill Gates zəngin ölkələrə müraciətində deyir ki, ümumdaxili məhsullarının “azacıq faizini” Covid-19 vaksinin tapılması və paylanmasına ayırsınlar. Bu haqda milyarder “The Financial Times” qəzetinə video-müsahibəsində danışıb.

Gates deyir ki, inkişaf etmiş ölkələrin üzləşdiyi iqtisadi çətinliklərə baxmayaraq, həm də yoxsul ölkələr üçün əlçatan olacaq vaksinin hazırlanması və paylanmasına onmilyardlarla dollar ayrıla bilər.

Bill & Melinda Gates Fondu Epidemiyalara Hazırlıq İnnovasiya Koalisiyasının (Cepi) qurucularıdan biridir. Bu qurum Covid-19 vaksinini hazırlamağa çalışır. Britaniya koalisiyaya 250 milyon funt sterlinq ayırıb. Kanada, Almaniya, Norveç də koalisiyanı dəstəkləyir, 690 milyon dollarlıq vəsait boyun olublar. Hazırda Cepi səkkiz Covid-19 vaksin layihəsi üzərində işləyir və tədqiqatlara 2 milyard dollar gərəkdiyini bildirib.

ABŞ hökuməti birbaşa Cepi-yə pul ayırmasa da, onunla əməkdaşlıq edən Moderna şirkəti ilə müqavilə imzalayıb, həmçinin Johnson & Johnson’s şirkətinin vaksin tədqiqatlarına yarım milyard pul qoyub.

Birləşmiş Ştatların 2,2 trilyon dollarlıq iqtisadi stimul paketindən 27 milyard dolların təyinatında vaksin hazırlanması da var.

Qəzet özəl sektorda bir neçə şirkətin Covid-19 vaksini hazırlamaq yarışına qoşulduğunu yazır. Onların sırasında Sanofi, GSK, Pfizer, British American Tobacco, Almaniyanın BioNTech və CureVac biotexnologiya qrupları da var.

Gates daha öncə xəbərdarlıq etmişdi ki, dünya yüksək yoluxucu virusla mübarizəyə hazır deyil. O, FT-yə deyib ki, Covid-19 böhranından nəticələr çıxarılacaq və ölkələr gələcəkdə daha hazırlıqlı olacaqlar.

Cons Hopkins Universiteinin məlumatına görə, dünyada 1,5 milyon təsdiqlənmiş yoluxma, 89 minə yaxın ölüm halı qeydə alınıb.

Amerikalılar medianın işini necə dəyərləndirir

ABŞ dünyada koronovirusun ən çox yayıldığı ölkələr sırasındadır. “Pew” araşdırmalar mərkəzi ölkədə media təşkilatlarının özlərinin maliyyə təzyiqi altında olmasına baxmayaraq pandemiyanı geniş işıqlandırdığını yazır.

Yeni rəy sorğusuna görə, ABŞ-da yetkin yaşlıların 54 faizi xəbər mediasının bu işin öhdəsindən əla, yaxud yaxşı gəldiyini düşünür. 46 faizsə deyib ki, medianın reaksiyası ortabab, yaxud zəif olub.

Bu arada amerikalıların çoxu koronavirus xəbərlərini diqqətlə izləyirlər. Hər 10 yetkin yaşlıdan altısı (57%) virusla bağlı xəbərləri çox diqqətlə, 35 faiz kifayət qədər diqqətlə izlədiyini deyib.

Maraqlıdır ki, rəylər amerikalıların xəbərləri aldıqları platformaya görə dəyişir.

Siyasi və seçki xəbərlərini şəbəkə televiziyalarından və çap mediasından alan amerikalılar xəbər mediasının koronovirus pandemiyasına reaksiyasını əla, yaxud yaxşı dəyərləndirir.

Digər mənbələrə üz tutanlar isə elə də müsbət fikirdə deyillər. Yerli TV-lərdən (60%), yaxud kabel televiziyalarından (57%) xəbər alan hər 10 amerikalıdan altısı medianın işi haqda müsbət düşünür. Xəbər vebsaytları, yaxud app-lərdən (50%), radio (47%) yaxud sosial mediadan (41%) xəbər alanların yarısı, yaxud ondan da azı eyni fikri paylaşır.

XS
SM
MD
LG