Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Yeni Zelandiya virusa ‘qalib gəldiyini’ deyir, Rusiya Çini ötür


Sankt Peterburqda xəstə gətirən ambulansların uzun növbələri yaranır
Sankt Peterburqda xəstə gətirən ambulansların uzun növbələri yaranır

Rusiya təsdiq olunmuş koronavirus yoluxmalarının sayına görə epidemiyanın qaynağı olan Çini geridə buraxıb.

Rusiya hakimiyyət orqanlarının verdiyi məlumata görə hazırda bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 6198 nəfər artmaqla 87,147-yə çatıb.

Bu Çində olduğundan 3200 nəfər çoxdur.

Rusiyada indiyədək koronavirusdan ölənlərin sayı 794 nəfərdir.

Bu arada Rusiya biznesləri məhdudiyyətlərin qaldırılması və karantinin yumşaldılması üçün hökumət üzərinə təzyiqləri artırır.

Rusiyanın əsas gəlir mənbəyi olan xam neftin qiyməti hazırda tarixən ən aşağı həddinə enib.

Aprelin 27-də baş nazir Mikhail Mishushin deyib ki, onun hökuməti karantinin yüngülləşdirilməsi üçün təkliflərini bu həftə təqdim edəcək:

"Elə ki, vəziyyət yaxşıya doğru dəyişməyə başladı, biz bəzi şirkətlər və əməliyyatlar üçün məhdudiyyətlərin addım-addım qaldırılması məsələsinə baxacağıq”.

Rusiyanın ən nüfuzlu dövlət nəzarətçilərindən biri - Rospotrebnadzorun rəhbəri Anna Popova dövlət televiziyasına deyib ki, o məhdudiyyətlərin mayın 12-ədək qüvvədə qalacağını düşünür.

Rusiya, prezident Vladimir Putin əksər ictimai yerlərin bağlanmasına göstəriş verəndən bəri tam karantin vəziyyətindədir.

Bu məhdudiyyətlər aprelin 30-dək qüvvədədir. Putin hələlik karantinin uzadılacağı barədə heç nə deməyib.

Karantin dövründə hökumətin işindən nə dərəcədə razısız? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

“Biz virusa qalib gəldik”

Yeni Zelandiyanın baş naziri Jacinda Ardern aprelin 27-də bəyan edib ki, onun ölkəsi koronavirusun yayılması üzərində nəzarəti tam ələ ala bilib.

O deyib ki, hazırda Yeni Zelandiyada virusun kütləvi və izlənə bilməyən yayılması yoxdur.

Baş nazir bildirib ki, ölkə bu mübarizədə qələbə çalıb.

Ardern deyib ki, bu nəticə vətəndaşların intizamlı hərəkətləri sayəsində əldə edilib.

Yeni Zelandiya koronavirusla bağlı karantin tədbirlərinə çox erkən başlamışdı. O vaxt ölkədə hələ bir neçə yoluxmuş şəxs qeydə alınmışdı.

Artıq martın 26-dan bütün çimərliklər, ofis və məktəblər bağlanmışdı. Kafe və restoranlar hətta evlərə yemək çatdırılması ilə də məşğul deyildi.

Lakin ekspertlər bildirirlər ki, Yeni Zelandiyanın virusla uğurlu mübarizəsində həm də bu ölkənin ada olması böyük rol oynayıb.

Belə bir vəziyyətdə ölkə sərhədlərini bağlamaq və miqrasiyaını nəzarətə götürmək çətin deyildi.

Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır

Aprelin 27-də dünya üzrə koronavirusa təsdiqlənmiş yoluxma halları 3 milyona yaxınlaşır, 206 mindən çox xəstə dünyasını dəyişib. Bu hələ rəsmi rəqəmlərdir, pandemiyanın miqyasının daha böyük olduğu düşünülür.

Çindən gələn statistikaya skeptik yanaşmalar var, artıq 12-ci gündür koronavirusa heç bir yoluxma və ölüm halı olmadığı bildirilir. İndiyədək bu ölkədə rəsmi rəqəmlərə görə, 83 minədək təsdiqlənmiş yoluxma və 4 min 633 ölüm qeydə alınıb.

Qərb ölkələrində ölü sayı azalmaqdadır, bəzi ölkələr məhdudiyyətləri tədricən qaldırır, iqtisadiyyatı təkrar açmağa başlayır.

Dünyada koronavirusdan ən böyük zərbəni yemiş Birləşmiş Ştatlarda bu həftə daha bir neçə ştat qadağaları yüngülləşdirməyi planlaşdırır. ABŞ-da 1 milyonadək təsdiqlənmiş yoluxma, 55 mindən çox ölüm halı qeydə alınıb.

Amma səhiyyə ekspertləri diaqnostik testlərin çox az aparılmasıyla bağlı xəbərdarlıq edirlər. Belə ki, simptomlar büruzə verməyən xeyli sayda insan virus daşıyıcısı ola bilər. Səhiyyə rəsmiləri deyirlər ki, yetərincə test aparılmasa, yoluxan şəxslərin ünsiyyəti izlənməsə, virus yenidən qayıda bilər.

Avropa ölkələri qadağaları yüngülləşdirir

Aprelin 26-da İspaniyada altı həftədən sonra ilk dəfə olaraq uşaqlar küçəyə çıxıblar. Baş nazir hökumətin qadağaları yüngülləşdirmək planları hazırladığını bildirib. İspaniya koronavirus itkilərinə görə ikinci yerdədir, 227 min yoluxma, 23 min 190 ölüm halı açıqlanıb.

Belçika, İtaliya mayın 4-dən yüngülləşdirməyə gedəcəklərini, amma eyni zaman fiziki məsafə qadağasının qalacağını bildiriblər.

Aprelin 27-dən Britaniyanın Baş naziri Boris Johnson COVID-19-dan sağalaraq işinin başına dönür.

Cənubi Koreya isə fəal şəkildə test və karantin proqramını gerçəkləşdirməklə pandemiyanın öhdəsindən gəlir, heç bir karantin, yaxud biznes qadağası tətbiq etməyib. Ölkədə 10 yeni yoluxma halı açıqlanıb, artıq 26-cl gündür bu göstərici 100-dən aşağıdır. Baş nazir Chung Sye-kyun aprelin 27-də deyib ki, mayın ortasından məktəblər açıla bilər.

Almaniyada infeksiya səviyyəsi azalmaqdadır. “Volkswagen” avtomobil istehsalçısı 5 həftəlik fasilədən sonra aprelin 27-də istehsalı bərpa edir. Mercedes-Benz və BMW isə istehsalı sürətləndirəcəklərini açıqlayıblar.

Bu arada Braziliya, Rusiya, Türkiyə, Cənubi Afrika və Meksika koronavirusun hazırda sürətlə yayıldığı ölkələr sırasındadır.

XS
SM
MD
LG