Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:51

Moskvalılar pulsuz anticisim testindən keçəcək


Arxiv fotosu
Arxiv fotosu

Moskvanın tibb ocaqları paytaxt sakinlərində koronavirus anticismlərinin yaranıb-yaranmaması haqda informasiya toplamaqdan ötrü pulsuz testlər həyata keçirəcək.

Moskva merinin müavini Anastasia Rakova mayın 27-də deyib ki, moskvalılar evlərinə yaxın xəstəxanalarda elektron qaydada qeydiyyata düşəndən sonra testdən keçə bilərlər.

“Testdən 14 gün qabaqdan görüş təyin ediləcək. Nəticələr üç gün ərzində onlayn açıqlanacaq”, – deyən Rakova əlavə edib ki, Moskvada xəstəxanalar günə 5 min test götürə bilərlər.

Rəsmilərin bildirməsinə görə, artıq ikinci gündür ölkədə koronavirusa yoluxmalar azalır.

Son 24 saat ərzində 8 min 338 yoluxma qeydə alınıb, 11 min 79 nəfərin sağaldığı bildirilir.

İndiyədək Rusiyada 370 min 680 təsdiqlənmiş yoluxma açıqlanıb, onlardan 3 min 968 nəfəri vəfat edib. Son 24 saat içində ölü sayı 161 nəfər olub.

Bir çox tədqiqatçılar Rusiyanın rəsmi statistikasını natamam, qeyri-dəqiq, hətta qismən saxtalaşdırımış hesab edirlər. Rusiya rəsmiləri isə bunu təkzib edir.

XS
SM
MD
LG