Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:45

Peskovun ‘Nyu York ipotekasına’ görə araşdırılması tələb olunur


Dmitry Peskov və xanımı Tatyana Navka
Dmitry Peskov və xanımı Tatyana Navka

Transperency International antikorrupsiya gözətçisinin Rusiya filialı prezident Vladimir Putinin yanında korrupsiya ilə mübarizə şurasına Tatiana Navkanın antikorrupsiya qanunverciliyinə əməl edib-etməməsinin yoxlanması üçün müraciət edib.

Adı və soyadı Putinin mətbuat katibi Dmitry Peskovun arvadının adı və soyadı ilə eyniyyət təşkil edən şəxs ABŞ-da mənzil alınması üçün ipoteka ödənişi edib.

Bu, Rusyanın məmurların və onların ailə üzvlərinin xarici maliyyə alətlərindən, o cümlədən xarici bankların kredit və qiymətli kasğızlarından istifadəsini qadağan edən federal qanununa ziddir.

Təşkilatın məlumatına görə Nyu York maliyyə departamentinin reyestrindən 9 mart 2020-ci il tarixli çıxarış Tatiana Navka adlı şəxsin Nyu Yorkun Manhetten rayonunda dəyəri 1.2 milyon dollar olan mənzilin alınması üçün ipoteka ödənişi etdiyini göstərir.

Transperency International Russia təşkilatının bəyanatında deyilir:

“Əgər Tatiana Navka doğrudan da xarici ipotekanı bu il ödəyibsə və hələ də Dmitry Peskovun həyat yoldaşıdırsa, deməli Peskovun özü “etibarını itirmiş məmur” kimi vəzifəsindən azad olunmalıdır”.

Peskov izah etmişdi ki...

2019-cu ildə Peskov həyat yoldaşının mənzil satmasını təsdiq etmişdi:

“Bu mənzil ipotekada idi. İndi mənzil satılıb və bank öz pullarını alıb”.

O əlavə etmişdi ki, mənzil ipoteka qiymətinə satılıb və onun satışından mənfəət əldə olunmayıb.

Kremlin mətbuat katibi bunu da iddia edirdi ki, sözü gedən mənzil yalnız de jure onun xanımının adında olub:

“Bizdə mənzil üçün ipoteka götürəndə o, bankın üstündə sayılır, amma ABŞ-da mənzili alanın. Buna görə də onun adına de jure mənzil olsa da, de facto bu mənzil heç vaxt onun olmayıb. Çünki o, Amerikadan köçüb və yaşamaq üçün Rusiyaya gəlib. Buna görə də mənzil həmin ipotekadan asılı qalıb”.

Rusiya müxalifətinin Korrupsiyaya qarşı Mübarizə Fondu (KMF) bundan əvvəl bildirmişdi ki, Navkanın Moskva vilayətində dəyəri 7 milyon dollar olan elit daşınmaz əmlakı var.

KMF əlavə edirdi ki, bu qiymətdə əmlakın alınmasına Navkanın öz pulu çatmazdı.

Fond bunu da bildirirdi ki, Navka və onun keçmiş əri Aleksandr Zhulin ABŞ-da mənzil almışdılar.

Bu da qeyd olunur ki, 930 min dollar dəyəri olan həmin mənzil 5 faizlə 20 illik ipoteka krediti ilə alınmışdı.

Peskovun qol saatı
Peskovun qol saatı

Boşanma, bal ayı, yaxta...

Fond diqqəti buna da çəkir ki, bu evin ipotekasının ödənilməsində, artıq Navka Rusiyaya qayıdanda “çətinliklər” yaranmışdı.

Navkanı Rusiyaya qayıtmasından və Zhulin-lə 2010-cu ildə rəsmən boşanmasından sonra bank ipoteka borcunun geri alınması məqsədilə mənzili satıb.

KMF bunu da xəbər verirdi ki, Peskov və Navka özlərinin bal ayını Sardiniya sahillərində kirayələdikləri Maltese Falcon yaxtasında keçiriblər.

Fondun hesablamasına görə təzə evlənənlərin istirahətinin bir həftəsi 385 min avroya və ya 26 milyon rubla başa gəlib.

Bundan əvvəl KMF toy mərasimində Peskovun qolunda olan saatın dəyərinin 37 milyon rubl (525 min dollar) olduğunu müəyyənləşdirmişdi.

XS
SM
MD
LG