Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

İlham Əliyev: ‘...Bizdəki tənəzzül çox kiçik həcmlidir’


“... İki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə”

AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 9-da Azərbaycan prezidenti İlham Əliyev ölkədə modul tipli xəstəxananın açılışında deyib.

O daha sonra da əlavə edib:

“Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçik həcmlidir”.

Bununla belə prezident vurğulayıb ki, sənaye istehsalı bir qədər artıb:

“Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir...”

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 200 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 410 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 98 nəfərin öldüyü açıqlanıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimi elan edilib.Aprelin sonlarından karantin bir qədər yumşaldılıb.Artıq əksər iş və xidmət sahələri fəaliyyət göstərir.

XS
SM
MD
LG