Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:47

Maskaya görə cərimə ikiqat artırıldı


COVID-19
COVID-19

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılıb.

Bu, iyunun 29-da Milli Məclisin iclasında müzakirəyə çıxarılan Azərbaycan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunub.

Yeni redaksiyaya əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə ediləcəklər. Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat cərimə olunacaqlar.

Buna qədər cərimələr fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslər üçün isə 200 manat müəyyən edilmişdi.

Üstəlik, bu xətanın təkrar törədilməsinə görə də cərimələr qoyulmuşdu. Bu halda cərimə fiziki şəxslərə 100, vəzifəli şəxslərə 200, hüquqi şəxslərə isə 400 manat idi.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 250 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 504 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər ümumilikdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 198 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG