Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:21

ABŞ-da bayram günlərində azı 25 nəfər öldürülüb


ABŞ, arxiv fotosu
ABŞ, arxiv fotosu

İyulun 4-də Müstəqillik günündə Birləşmiş Ştatlarda bir neçə silahlı zorakılıq aktı törədilib. Azı 25 nəfərin öldüyü xəbər verilir, onlarla yaralı var.

İyulun 3-də gecədən bəri Çikaqoda azı 73 nəfər güllələnib, onlardan 13 nəfəri dünyasını dəyişib.

Öldürülənlərdən 7 yaşlı qız nənəsinin həyətyanı sahəsində başqa uşaqlarla oynayan zaman onlar tərəfə açılan atəşdən başından güllə yarası alıb.

Nyu York şəhərində silahlı zorakılıqlarda 42 nəfər yaralanıb, altısı ölüb.

Nyu York və Çikaqodakı zorakılıqlar Prezident Donald Trump-ın diqqətini çəkib. O, demokratların idarəçiliyində olan şəhərlərdə “qayda-qanun” yaratmağa çağırıb.

Artıq bir neçə həftədir ölkə boyunca irqçilik və polis qəddarlığında qarşı etirazlar baş verir, bəzən zorakı xarakter alır. Etirazlara mayın sonunda Minneapolis şəhərində afroamerikalı George Floyd-un ağdərili polis əməkdaşının əlində ölməsi səbəb olmuşdu. Ancaq həftəsonu zorakılığının etirazlarla bağlı olub-olmaması bəlli deyil.

Trump demokrat liderləri hərəkətə keçməyə çağırır

Bu arada Nyu York şəhəri daxil olmaqla bir sıra polis departamentləri etirazçıların və qanunvericilərin təzyiqi altında polis büdcələrini azaltmağa çalışır.

Trump Twitter-də yazıb ki, Çikaqo və Nyu York şəhərində cinayətkarlıq rəqəmləri yüksəlməkdir. O, Nyu Yorkun qubernatoru Andrew Cuomo və Nyu York şəhərinin meri Bill de Blasio-nu “indi hərəkətə keçməyə” çağırıb.

“Xahiş olunarsa, federal hökumət kömək göstərməyə hazırdır, bunu istəyir və bacarar”, – Trump yazıb.

Atlantada zorakılıqlarda 20 nəfər yaralanıb, 3 nəfər ölüb. Öldürülənlər arasında 8 yaşlı qız da olub.

Klivlenddə Müstəqillik Bayramı günlərində azı 20 nəfər güllələnib, üçü vəfat edib.

Cənubi Karolinada gecə klubunda atışmada iki nəfər öldürülüb, səkkizi yaralanıb.

Milvaukidə yeddi atışmada 12 nəfər, Omahada isə altı atışma insidentində 8 nəfər yaralanıb.

XS
SM
MD
LG