Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:44

Belə tətilə getməkdənsə... – Qərb mediası


Ukraynada çimərlik
Ukraynada çimərlik

Bu həftə Almaniya 130 ölkədən gələn ziyarətçilər üçün koronavirus testini məcburi elan edib

Almaniya, Britaniya və Fransada səyahətçilərin azı yarısı tətildən qayıtdıqdan sonra karantinə alınmaqdan, test verməkdən, bayırda maskayla gəzməkdənsə səyahət planlarını təxirə salmağa üstünlük verərlər. Bunu yeni rəy sorğusuüzə çıxarıb.

İyulun 13-dən 23-dək keçirilən sorğunu YouGov market tədqiqatları şirkəti eksklüziv olaraq “Reuters” agentliyi ilə paylaşıb. Sorğunun nəticələrinə görə, adətən başqa ölkələrə səyahət edən almanların üçdə ikisi ölkəyə çatanda test verməkdənsə səyahəti təxirə salacaqlarını deyiblər.

Bu həftə Almaniya 130 ölkədən gələn ziyarətçilər üçün koronavirus testini məcburi elan edib.

Toy qadağasına görə işini itirənlər: 'Borca girirəm'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Fransa isə ötən şənbədən 12 ölkədən gələnlər üçün testi məcburi edib. Bu ölkədə adətən tətilini xaricdə keçirənlər testin dərdindən səyahəti təxirə salacaqlarını deyiblər. Elə təxminən bu qisim respondent isə deyib ki, əgər bayırda da maska taxmalı olacaqlarsa, tətili yarımçıq dayandırarlar.

Rəy sorğusu keçirilən Danimarka, İsveç, Almaniya və Britaniyada fikri soruşulanların üçdə ikisi deyib ki, açıq havada maska taxmaq onlarlıq deyil.

Karantin olmasaydı...

İyulda Avropanın əsas turizm məkanı olan İspaniyada bir çox ictimai yerlərdə maska taxmaq məcburi elan edilib. Portuqaliyanın Madeyra adası isə həftəsonundan bu qaydanı tətbiq edib.

Danimarkalı və isveçlilərin üçdə ikisi, britaniyalılarım 40 faizindən çoxu, almaniyalıların isə yarısı üçün qapalı məkanda belə maska taxmaq səyahəti təxirə salmağa əsas verir. İsveçdə maska taxmaqla bağlı qayda yoxdur.

Səyahətdən qayıdanda karantinə almaq lap qanqaraldıcıdır. Danimarkalı, isveçli və almaniyalıların 80 faizindən çoxu deyib ki, evə qayıdandan sonra iki həftə karantində qalmaqdansa tətilə getməməyə üstünlük verərlər.

Britaniyalılar İspaniya və Portuqaliya daxil olmaqla bir sıra ölkələrə səyahətdən sonra iki həftə karantinə alınırlar. Onların 70, fransalı respondentlərin isə 65 faizi bundansa səyahətə getməyəcəklərini söyləyiblər.

Hazırda dünyada yeni koronavirusa 18,3 milyon nəfərin yoluxduğu təsdiqlənib, 695 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG