Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:34

Latın Amerikası koronavirusdan ölü sayına görə önə çıxır


Hindistan, arxiv fotosu
Hindistan, arxiv fotosu

Dünyada yeni koronavirusdan ölü sayı 700 mini keçib və Latın Amerikası bu göstəriciyə görə Avropanı geridə qoyaraq önə çıxıb.

Artıq Latın Amerikasında 206 mindən çox koronaviruslu xəstə vəfat edib ki, bu da dünya üzrə ölü sayının 30 faizinə bərabərdir. Ötən həftə bu region 5 milyondan artıq təsdiqlənmiş yoluxma ilə birinci yerə çıxmışdı.

Dünyada ölü sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdə gələn Braziliyada 95 min 800 ölüm qeydə alınıb. Dünyada 3-cü yeri tutan Meksikada isə 49 minə yaxın xəstə vəfat edib.

Peru, Çili, Kolumbiya, Argentina, Ekvador, Boliviyada yoluxmalar sürətlə artmaqdadır. Regionda bir sıra ölkələrdə karantin qaydaları yumşaldılır, iqtisadiyyata təkan verməkdən ötrü digər addımlar atılır.

Avropa, Birləşmiş Ştatlar

Dünyada 18,5 milyon insanın koronavirusa yoluxduğu təsdiqlənib, vəfat edən xəstələrin sayı 700 mini keçib.

Avropada COVID-19-dan ölənlərin sayı 205 mindən çoxdur. Ən çox ölüm Britaniya (46 min 210), İtaliya (35 min 166), Fransa (30 min 294), İspaniya (28 min 472) və Rusiyanın (14 min 207) payına düşüb.

Avropada bir çox ölkələr bir neçə həftəlik karantindən sonra virusu əsasən cilovlaya bilib, ancaq son həftələr yoluxmalar yenidən artmaqdadır.

Avropa İqtisadi Ərazisindəki 31 ölkədə gündəlik yoluxmalar 9 min civarındadır. Martın sonunda pandemiyanın pik həddində isə günə ortalama 35 min yoluxma qeydə alınırdı.

Səhiyyə orqanları yoluxmalarda artımı gənclərin sağlıq protokollarına əməl etməməsi, yay tətili mövsümü ilə əlaqələndirirlər.

Bu arada Birləşmiş Ştatlarda artıq 9-cu gündür gündəlik ölü sayı min nəfərdən çox olur və ümumi ölü sayı 157 minə yaxınlaşır. Apreldə günə 3 min ölüm qeydə alınırdı.

Son bir həftədə Birləşmiş Ştatlarda günə ortalama 60 min civarında yoluxma təsdiqlənir.

XS
SM
MD
LG