Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Lukashenka rusiyalı muzdluları Moskvaya qaytarıb


Belarus rusiyalıları belə saxlamışdı
Belarus rusiyalıları belə saxlamışdı

Bundan əvvəl Belarusda saxlanmış Rusiya vətəndaşları qaytarılıb. Bu barədə məlumatı Rusiyanın Baş Prokurorluğu verib.

Minsk rusiyalıların Vagner özəl hərbi şirkətinin döyüşçüləri olduğunu bildirir və Belarusa seçki ərəfəsində sabitliyi pozmaq üçün göndərildiklərini iddia edirdi.

Interfax agentliyi bildirir ki, Minsk saxlananları Rusiya tərəfinə iki ölkə arasında imzalanmış hüquqi yardımlaşma konvensiyası əsasında qaytarıb.

Beləliklə, 32 rusiyalı avqustun 14-də Rusiya tərəfinə verilib. Bu da bildirilir ki, bu dəstədə olan daha bir nəfər Belarus vətəndaşı olduğundan Rusiyaya getmək istəməyib.

Interfax agentliyinin mənbəyi bildirib ki, azad olunanlar evlərinə buraxılıblar və onlara qarşı heç bir cinayət işi qaldırılmayacaq.

Mənbə bildirib ki, rusiyalıları qaytararkən Minsk heç bir şərt qoymayıb və bu addım iki ölkə arasında dostluq jesti kimi atılıb.

Kiyev saxlananların ekstradisiyasını istəyirdi

Minsk yaxınlığında 32 rusiyalının saxlanmasına dair məlumat Belarusun BELTA agentliyi tərəfindən iyulun 29-da yayılmışdı.

Belarusun hakimiyyət orqanları saxlananların Vagner özəl hərbi şirkətinin döyüşçüləri olduqlarını bildirmişdi.

Belarus prezidenti Alyaksandr Lukashenka rusiyalıların saxlanmasını “fövqəladə hadisə” adlandırmış və Moskvadan izahat tələb edəcəyini demişdi.

İyulun 30-da Belarusun İstintaq Komitəsi saxlananların Belarusa iğtişaş və sabitsizilik yaratmaq üçün göndərildiklərinə dair şübhələrin olduğunu bildirmişdi.

Belarus tərəfinin bu işi müxalifət namizədi Svyatlana Tsikhanouskayanın hazırda Minskdə həbsxanada olan əri ilə bağlamaq niyyətində olduğu başa düşülürdü.

Lakin Rusiyanın Belarusdakı səfiri Dmitry Mezentsev Minskin bəyanatlarını təkzib etmiş və demişdi ki, saxlananlar Belarusa yalnız tranzit məntəqəsi kimi gəliblər və əslində İstanbula getməliydilər.

Belarus hökuməti Kiyevə saxlanan şəxslərin orada hər hansı cinayətdə iştirakçı olub-olmadığına dair sorğu göndərmişdi.

Ukrayna bu adamlardan bəzilərinin ölkənin şərqindəki separatçıların sırasında döyüşdüklərini bildirmiş və onların ekstradisiyasını istəmişdi.

XS
SM
MD
LG