Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:48

R.Mehdiyevdən yeni açıqlama:'Həqiqi müxalifətin bir siması olduğu halda,...'


Ramiz Mehdiyev, prezidentin əmisi Cəlal Əliyevin yas mərasimində, 1 fevral 2016
Ramiz Mehdiyev, prezidentin əmisi Cəlal Əliyevin yas mərasimində, 1 fevral 2016

” Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün, avqustun 25-də növbəti açıqlama yayıb.

Açıqlama AMEA-nın saytında yayılıb. R.Mehdiyevin vurğulamasına görə, qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Onun qeyd etməsinə görə, bir gün əvvəl AMEA-nın rəsmi saytında xeyli müddətdir ki, kütləvi informasiya vasitələrində ( KİV) ona qarşı aparılan təhqir və qaralama kampaniyasına münasibət bildirməklə bütün məsələlərin aydınlaşacağına ümid bəsləyib:

Yeni açıqlamaya səbəb...

“Lakin açıqlamanın dərc edilməsindən sonra eyni ittiham və böhtanların daha da eybəcər formada təkrar səsləndirilməsi məni yeni açıqlamanın verilməsi zərurətinə inandırmış oldu”.

AMEA prezidenti yazıb ki, onlar onu “guya Rusiyanın Azərbaycandakı “5-ci kolonunun” rəhbəri olmaqda və Prezident Administrasiyasına rəhbərlik etdiyim dövrdə dövlət başçısının islahatlarına süni əngəllər yaratmaqda günahlandırırlar”.

“Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə..."

İlham Əliyev Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeni verərkən, 23 oktyabr 2019
İlham Əliyev Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeni verərkən, 23 oktyabr 2019

“...Belə çıxır ki, bu müddət ərzində “beşinci kolona” ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş..."

O sonra da Prezidentin ötən il oktyabrın 23-də onu “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırladırb:

“Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur...” O sonra da yazıb:

“...Belə çıxır ki, bu müddət ərzində “beşinci kolona” ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş, onun liderinə isə dövlətin taleyüklü problemlərilə məşğul olmaq həvalə olunmuşdur. Razılaşın ki, bu fikirlər çox absurd səslənir və onlar ancaq xəstə, iddiaları ilə bacarığı və imkanları tərs mütənasib olan bir təxəyyülün məhsulu ola bilər”

"...məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram”

R.Mehdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəfini, ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda , KİV-lərdə yaymaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir:

“ Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram” AMEA prezidenti cavabında həqiqi müxalifət ifadəsindən də istifadə edib:

“Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş.”

Xatırlatma

Ramiz Mehdiyevin kürəkəni məhkəmədə, 22 avqust 2020
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə, 22 avqust 2020

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyevin qızının toyu olduğu bildirilir. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Koronavirus pandemiyası ilə bağlı mart ayından Azərbaycanda toylara icazə verilmir. Həmin məclisdə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri S.Novruzov və onun xanımı, Ombudsman S.Əliyevanın da iştirak etdiyi bildirilir. YAP buna görə S.Novruzova töhmət verib.

Ramiz Mehdiyevin kürəkəni həbs edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Eyni zamanda, həm onun, həm xanımının, həm də toyda iştirak etdikləri bildirilən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasovun və daha başqa şəxslərin xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat cərimə olunduqları açıqlanıb.Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyev və onun qudası R.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Onlar məhkəməyə əlləri qandallı şəkildəgətirilib.

Avqustun 23-də isə deputat Siyavuş Novruzov facebook səhfəsində bunları yazmışdı:

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə, toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir” Yeri gəlmişkən Siyavuş Novruzovun avqustun 24-də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən (İcra katibinin müavini vəzifəsindən) azad etmək barədə xahiş etdiyi açıqlanıb. Həmin toy məsələsindən sonra hakimiyyətə yaxın KİV-lərdə və sosial şəbəkələrdə R.Mehdiyev əleyhinə çoxsaylı yazılar, reportajlar yer alıb.

R.Mehdiyev “5-ci kolonunun” rəhbəri və islahatlara mane olmaqda günahlandırılıb. AMEA prezidenti R.Mehdiyev avqustun 24-dəki açıqlamasında isə məhkəmənin kürəkəni haqqında qərarını ədalətli saymaqla yanaşı bunları yazmışdı: “Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən müəmmalıdır.”

XS
SM
MD
LG