Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

İki müstəqil laboratoriya Navalnının Noviçokdan zəhərləndiyini ‘təsdiqləyir’


Aleksey Navalnı
Aleksey Navalnı

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalı və Rusiya müxalifət liderinin Noviçok qrupundan hərbi dərəcəli sinir qazıyla zəhərləndiyini bildirib. Bundan sonra beynəlxalq ictimaiyyət Rusiyanı məsələni dərhal araşdırmağa çağırıb

Rusiya müxalifət siyasətçisi Aleksey Navalnını müalicə edən Berlin xəstəxanası onun vəziyyətinin bir qədər də yaxşılaşdığını xəbər verir.

Charite xəstəxanası sentyabrın 14-də bildirib ki, Navalnı uğurlu bir şəkildə süni tənəffüs aparatından ayrılıb və qısa müddətdə çarpayısından qalxıb.

Həkimlər Navalnını süni tibbi komadan sentyabrın 7-də çıxarmışdılar.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Almaniya Fransa və İsveçdə iki müstəqil laboratoriya Kremlin tənqidçisi Aleksey Navalnının Noviçok qrupundan sinir qazıyla zəhərləndiyini təsdiqlədiyini bildirmişdi.

“Artıq üç laboratoriya cənab Navalnının Noviçok qrupundan sinir qazıyla zəhərlənməsinə müstəqil şəkildə dəlil təqdim edib. Rusiyanı bir daha baş verənləri izah etməyə çağırırıq. Gələcək addımlarla bağlı avropalı tərəfdaşlarımızla sıx ünsiyyət saxlayırıq”, – Almaniya hökuməti sentyabrın 14-də bildirib.

Fransa prezident idarəsi də ölkənin təhlil əsasında Navalnının “kimyəvi silahlardan istifadəyə dair beynəlxalq normalara zidd olaraq” Noviçokla zəhərlənməsi qənaətinə gəldiyini təsdiqləyib.

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putini dərhal “bu sui-qəsd cəhdinin baş verdiyi şəraiti və kimin məsuliyyət daşıdğını aydınlaşdırmağa” çağırıb.

Navalnı avqustun 20-də Rusiyada təyyarədə özünü pis hiss edib, bir neçə gün sonra həyat yoldaşının xahişilə Almaniyaya aparılıb.

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalı və Rusiya müxalifət liderinin Noviçok qrupundan hərbi dərəcəli sinir qazıyla zəhərləndiyini bildirib. Bundan sonra beynəlxalq ictimaiyyət Rusiyanı məsələni dərhal araşdırmağa çağırıb.

Rusiya hakimiyyəti isə cinayət işi açmaqdan imtina edib, zəhərlənməyə dəlil tapılmadığını bildirir.

ABŞ Dövlət katibi Mayk Pompeo sentyabrın 9-da müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə Moskvadakı yüksək rütbəli zabitlərin sifariş verməsinə güclü ehtimal olduğunu söyləyib.

Navalnının komandası, qohumları və digərləri zəhərlənmənin arxasında Rusiya hakimiyyətinin dayandığına inanır. Kreml isə iddiaları qətiyyətlə təkzib edir.

XS
SM
MD
LG