Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:24

İ.Əliyev: 'Danışıqlar faktiki olaraq getmir'


İlham Əliyev, arxiv foto
İlham Əliyev, arxiv foto

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra bəzi yerli televiziyalara müsahibə verib. O, müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Azərbaycan prezidenti vurğulayıb ki, danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirir.

“Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır...”, dövlət başçısı söyləyib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır:

“Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür...”.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG