Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Putin üçün yeni başağrısı – Qərb mediası


Gəncə 17 oktyabr raket zərbəsindən sonra
Gəncə 17 oktyabr raket zərbəsindən sonra

Müəllif yazır ki, münaqişəni səngitmək hər kəsin, xüsusilə Rusiyanın marağındadır

“The Hill” dərgisində Hyuston Universitetinin iqtisadiyyat üzrə fəxri professoru Pol Roderik Qreqori yazır ki, Rusiya Prezidenti Vladimir Putinə ölkənin “yaxın xarici”ndə daha bir münaqişə lazım deyildi.

Münaqişə ciddi geosiyasi yön ala bilər – Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə paktı var, Türkiyə isə Azərbaycanın müttəfiqidir. “Rusiya və Türkiyə hələ Suriyada qarşılıqlı münasibətlərini yoluna qoymalıdırlar... Türkiyə həm də NATO üzvüdür və bu da onunla Rusiya arasında hər hansı qarşıdurmanı qəlizləşdirir”, – məqalədə deyilir.

Sual

Müəllif yazır ki, münaqişəni səngitmək hər kəsin, xüsusilə Rusiyanın marağındadır. “Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar tərəfdarı olduğunu, ancaq güzəştə getməyəcəyini deyir, ermənilərdən tələb edir ki, ‘ərazimizdən sülh yoluyla çıxsınlar’. Ermənistan da Əliyevin sözlərinə qulaq verən deyil”, – yazan müəllif Putimim xarici siyasətdə çevik memar imici olduğunu vurğulayır. Ancaq deyəsən son hadisələr bu imici də sual altına alır.

“Bir neçə həftə ərzində o, Lukaşenka kimi müttəfiqi dəstəkləyib, böyük milli dəyəri, amma geosiyasi əhəmiyyəti yüksək olmayan torpaq üstündə savaşan iki keçmiş sovet ölkəsini ayırmağa öz xarici işlər nazirini göndərib. Qırğızıstanda kiçim partiyalar hakimiyyət uğrunda savaşır və Putin bu ölkədə də anarxiya ilə üzbəüz qalır”, – məqalədə deyilir.

Müəllif Putinin xarici siyasətdə zaman-zaman əngəllərlə üzləşdiyini yazır. Ancaq son vaxtla belə maneələr xeyli artıb, məsələn, siyasi rəqibi Aleksey Navalnını zəhərləmək alınmayıb: “Adamlar tezliklə belə bir sual verə bilərlər: Keçmiş KQB başçısı olan Putin adi bir zəhərləməni həyata keçirə bilmirsə, əsrlər boyu davam etmiş regional ədavəti, digər böhranları necə həll eləyə bilər?”

Müharibə dövründə epidemiya genişlənir
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Atəşkəs alınmasa...

“Reuters” agentliyi də Dağlıq Qarabağ münaqişəsində ikinci dəfə razılaşdırılmış atəşkəsin pozulmasından yazır. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Oktyabrın 10-da birinci atəşkəs razılaşması demək olar gerçəkləşmədi. Oktyabrın 18-dən Rusiyanın vasitəçiliyi ilə ikinci dəfə razılaşma əldə olunsa da, cəbhə xəttindən döyüş xəbərləri gəlməkdədir.

Agentlik yazır ki, döyüşlərin dayandırılmaması humanitar böhranla bağlı qorxuları gücləndirir. Azərbaycanı dəstəkləyən Türkiyə ilə onun NATO-dakı müttəfiqlərinin münasibətlərində gərginlik, Rusiya üçün də regiona müharibəyə cəlb olunma riski yaranır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 70 civarında kəndi, Cəbrayıl şəhərini, Füzuli şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG