Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

İlə 10 milyard dollarlıq vaksin bazarı


Arxiv fotosu
Arxiv fotosu

Morgan Stanley və Credit Suisse təhlilçiləri bildirirlər ki, adamlar hər il qrip kimi, Covid-19-a qarşı da vaksin vurdurmalı olacaqlar. Bir dozanın qiyməti isə hazırda 20 dollar civarındadır

“The Financial Times” qəzeti təhlilçilərə istinadla yazır ki, Covid-19-a qarşı daimi peyvənddən istifadə dərman şirkətlərinin gəlirini artıra bilər.

Müəllif Hanna Kuçlerin hesablamasına görə, bu bazarın dəyərinin ilə 10 milyard dolları da aşacağı proqnozlaşdırılır.

Morgan Stanley və Credit Suisse təhlilçiləri bildirirlər ki, adamlar hər il qrip kimi, Covid-19-a qarşı da vaksin vurdurmalı olacaqlar. Bir dozanın qiyməti isə hazırda 20 dollar civarındadır.

Morgan Stanley-nin təhlilçisi Metyu Harisonun bildirməsinə görə, hətta bir adamın ildə bircə dəfə peyvənd vurdurması inkişaf etmiş ölkələrdə bu bazarın 10 milyard dollara bərabər olacağı deməkdir.

Credit Suisse-dən Evan Seygerman isə bildirir ki, sözügedən bazarın həcmi daha böyük, təkcə elə Birləşmiş Ştatlar ərazisində 10 milyard dollar ola bilər.

Hazırda potensial vaksinləri hazırlayan AstraZeneca və J&J, eləcə də Merck və Pfizer-dən şərh almaq mümkün olmayıb.

İmmunitet nə qədər qalacaq

Dünyada onlarla vaksin hazırlanma mərhələsindədir. Bəzilərinin kütləvi sınağı keçirilir. Ancaq alimlər hələ də vaksinin yaradacağı immunitetin nə qədər qalacağından əmin deyillər. Qəzet yazır ki, elə bazarın həcmi də bu məsələdən asılı olacaq.

Oksford Universitetindən potensial COVID-19 vaksininin sınaqları üzrə aparıcı rəsmi Milada qədər vaksinin hazır olacağına “kiçik şans” olduğunu düşünür. Endru Pollard deyir ki, “bu ilin sonunadək” son mərhələ sınaqları nəticələrinin təqdim olunacağına “nikbin” yanaşır. Pollardın sözlərinə görə, tərəfdaşları AstraZeneca ilə birlikdə vaksinlərin 50 faizdən artıq effektiv olacağına ümid edirlər.

Bir sıra ölkələr qısa müddətə vaksinin əldə olunması üçün razılaşmalar imzalayırlar. Avstraliya hökuməti noyabrın 5-də elan edib ki, potensial vaksin istehsalçıları ilə daha iki razılaşma əldə edib, 25 milyonluq əhalisi üçün 134 milyon dozalıq vaksin təmin etməyi planlaşdırır.

Novavax 40 milyon vaksin dozası, Pfizer-BioNTech isə 10 milyon doza təchiz edəcək.

Dünyada 48 milyondan çox insanın yeni növ koronavirusa yoluxduğu təsdiqlənib. 1 milyon 225 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG