Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Ermənistan partiyaları Paşinyanı istefaya çağırırlar


N.Paşinyan və G.Tsarukyan
N.Paşinyan və G.Tsarukyan

Tsarukyan və Marukyan birgə bəyanatda Paşinyana oktyabrın sonunda da bu xahişi səsləndirdiklərini xatırladırlar

“Çiçəklənən Ermənistan”, Erməni İnqilabi Federasiyası - Daşnaksutyun, Respublika Partiyası və bir sıra Ermənistan siyasi partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

AzadlıqRadiosunun Erməni xidmətinin yazdığına görə 17 partiyanın imzaladığı birgə bəyanatda deyilir ki, hakimiyyət ölkənin üzləşdiyi daxili və xarici problemlərin öhdəsindən gələ bilməyib, canlı və ərazi itkilərinə yol verib, ölkənin müttəfiqləri və ilk növbədə Rusiya ilə münasibətlər zəifləyib.

Partiyalar Paşinyan və onun hökumətini “könüllü şəkildə və təlatümə yol vermədən” istefa verməyə çağırırlar.

Bəyanatda deyilir ki, ölkənin üzləşdiyi hərbi-siyasi böhranın aradan qaldırılması üçün “təcili qaydada yeni icra orqanı” yaradılmalıdır.

Bu bəyanatla bağlı Ermənistan Milli Məclisinin vitse-spikeri, hakim “Mənim addımım” fraksiyasının üzvü Alen Simonyan şərh verib və deyib ki, bu hərəkətə münasibəti mənfidir:

“Keçmiş hakimiyyəti təmsil edən və rədd edilmiş partiyaların bəyanatını bu mərhələdə çox mənfi qiymətləndirirəm”.

İlham Əliyevin müsahibəsindən sonra...

Alen Simonyan əlavə edib ki, Rusiya və Ermənistan hökumətləri müharibənin ilk günündən “tam, 100 faiz birgə işləyirlər, çünki burada söhbət “kiməsə rəğbət, sevgi və ya nifrətdən getmir”.

Simonyan deyib ki, bu partiyalar nəzərə almalıdırlar ki, “biz üstün qüvvələrlə çıxış edən düşmənə, Türkiyəyə qarşı vuruşuruq və hər saniyə həlledici ola bilər”:

“Bu 17 partiya sadə bir şeyi dərk etməlidirlər: Ermənistan Respublikasında hakimiyyəti Ermənistan Respublikasının xalqı formalaşdırır, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyandır və biz müharibə vəziyyətindəyik”.

AzadlıqRadiosu Erməni xidmətinin “bu bəyanat niyə məhz indi verilib” sualına cavabında Simonyan bunu İlham Əliyevin BBC-yə müsahibəsi ilə əlaqələndirib.

O həmin müsahibədə demişdi ki, bu məsələnin Paşinyan hakimiyyəti ilə həll oluna biləcəyinə inanmır.

“Bəyanat bundan sonra verilib. Mən təəssüflənirəm. Özümü zorla saxlayıram ki, daha sərt qiymət verməyim”.

Ermənistan müxalifəti Paşinyanla danışmaq istəyir

Rusiya Prezidenti Vladimir Putin noyabrın 7-də türkiyəli həmkarı Recep Tayyip Erdoğan və fransalı həmkarı Emmanuel Makronla telefon söhbətlərində Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

CNN Turk telekanalının diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Erdoğan Putinə münaqişə üzrə yeni işçi qrup yaratmağı təklif edib.

Noyabrın 9-da Putinin sözçüsü Dmitri Peskov bu məlumatı şərh etməyib.

***

Ermənistan parlamentində iki müxalifət fraksiyasının liderləri Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Onlar Dağlıq Qarabağ döyüşlərini müzakirə etmək istədiklərini deyirlər.

“Çiçəklənən Ermənistan” lideri Gagik Tsarukyan və “Parlaq Ermənistan”ın başçısı Edmon Marukyan noyabrın 9-da baş nazirlə danışmaq tələblərini bir daha dilə gətiriblər.

Noyabrın 8-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Tsarukyan və Marukyan birgə bəyanatda Paşinyana oktyabrın sonunda da oxşar xahişlə çıxış etdiklərini xatırladırlar. Onlar Təhlükəsizlik Şurası və müxalifət deputatlarının təcili toplantısının keçirilməsini istəyirlər. Ancaq demələrinə görə, Paşinyan bu xahişə rəsmi cavab verməyib.

Şuşada döyüş getdiyini deyirlər

Artsaxda (ermənilər Qarabağa belə deyirlər) döyüşlərin davam etdiyini nəzərə alaraq bir daha baş nazirdən parlamentin müxalifət fraksiyaları ilə təcili görüşməsini tələb edirik”, – bəyanatda vurğulanır.

Şuşa şənlikləri - Bakıda vətəndaşlar küçələrə axışdı (2020)
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Ermənistan rəsmiləri hələ də Şuşanın Azərbaycan qüvvələrinin nəzarətinə keçdiyini təsdiqləmirlər. Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan deyib ki, Şuşa uğrunda döyüşlər noyabrın 9-da səhər də davam edib.

Şuşa Dağlıq Qarabağın mərkəzi Xankəndindən 10 km cənubda yerləşir.

Separatçı rejimin erməni lideri Arayik Arutyunyan Facebook-da yazır ki, Xankəndində hərbi mövqeləri yoxlayıb və etnik erməni qüvvələrini bir gündən çoxdur “paytaxtı Şuşadan gələn hücumlardan” qoruduqlarına görə tərifləyib.

Bu arada separatçı rejim daha 44 əsgərin ölümü haqda məlumat açıqlayıb. Beləliklə də, sentyabrın 27-də Azərbaycan-Ermənistan təmas xəttində əməliyyatlar başlanandan qarşı tərəfin hərbçi itkisi 1221 nəfərə çatıb.

Azərbaycan ölən hərbçilərin sayını açıqlamır.

Şuşalılar evlərinə dönəndə ilk işləri nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan bu 44 gündə 210 civarında kəndi, üç qəsəbəni (Hadrut, Mincivan, Ağbənd), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

1994-cü ilə qədər Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal olunub.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

XS
SM
MD
LG