Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Qarabağın separatçı lideri: ‘Əsas satqın biz hamımızıq’


Araik Arutyunyan
Araik Arutyunyan

Dağlıq Qarabağın separatçı lideri Araik Arutyunyan deyib ki, “biz hamımız günahkarıq, biz bütün millətimizlə satqınlıq etmişik”.

AzadlıqRadiosu Erməni xidmətinin verdiyi xəbərə görə Arutyunyan özünün Facebook səhifəsində yazıb ki, o erməniləri ilk dəfə ön cəbhəyə getməyə oktyabrlın 3-də çağırıb.

O bildirib ki, o vaxt hansısa hərbi hissə Exnikner adlı mövqedən qaçmışdı.

Arutyunyan deyib ki, Ermənistanın milli təhlükəsizlik xidmətinin qüvvələri, habelə Qarabağdan olan qüvvələr Exnikner mövqeyində vuruşmaqdan imtina etdilər:

“Mən xahiş etdim, dedim ki, mən qabaqda gedəcəyəm. Onlar gəlmədilər, ölkə prezidentini ön cəbhəyə getmək vaxtında tək qoydular. Əlbəttə, mən bugün bu barədə danışıram, çünki danışmağa məcburam. İstəyirsiniz Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən seçmə bölməsinin üzvlərindən soruşun ki, onlar mənim ricamı necə rədd etdilər”.

“Siz 18-20 yaşlı əsgərləri tək qoydunuz...”

Araik Arutyunyan daha sonra yazır:

“Siz ordunu tək buraxdınız. 18-20 yaşlı əsgərləri tək buraxdınız. Satqın axtarmayın. Bugün satqın axtaran siyasi xadimlər qoy növbə ilə öz övladlarından, qardaşlarından, öz iştiraklarından danışsınlar. Mən hamıya deyirəm: Siz harda idiniz? Siz ön cəbhədə olmalıydınız. Əsas səbəb, əsas satqın biz hamımızıq. Biz hamımız əsgərləri tək qoyduq”.

Arutyunan deyib ki, onlar mühasirəyə düşməmək üçün atəşkəs sazişi imzalayıblar.

O bildirib ki, Stepanakerti qoruyacaq kimsə yox idi və əgər şəhəri götürsəydilər bütün ordu mühasirəyə düşəcəkdi.

Sepatarçı lider sonda yazır:

“Bizə birlik lazımdır, bizə daxili birliyimizi dağıdan xarici düşmənə qarşı birlikdə döyüşmək lazımdır”.

XS
SM
MD
LG