Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Paşinyanın gündəliyində istefa yoxdur


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın gündəliyində istefa vermək yoxdur.

O noyabrın 16-da onlayn formatında keçirdiyi mətbuat konfransında bu barədə suala cavab verərkən deyib:

“Mənim gündəliyimdə respublikada stabillik və təhlükəsizlik yaratmaq var, gündəlikdə başqa məsələlər yoxdur”.

Yerevanda Pashinyanın istefası tələbi ilə etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azatutyun yazır ki, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına qol çəkən Paşinyan deyib ki, ona ictimai etimad kifayət qədərdir və o Dağlıq Qarabağın statusuna dair danışıqlarda iştirakını davam etdirəcək:

“Mən hesab edirəm ki, Ermənistan Respublikası bu danışıqlarda iştirak etməlidir, amma indi praktikada danışıqların yeni gündəliyinin formalaşması başlanıb. Əgər məlum olsa ki, bizə etimad kifayət qədər deyil, biz bu danışıqlarda iştirak edə bilmərik. Əgər etimad kifayət qədər olsa, deməli biz iştirak edəcəyik”.

Qarabağ ordusunun statusu qalacaq?

Paşinyan bunu da bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan başçılarının birgə bəyanatından sonra Qarabağın özünümüdafiə ordusunun statusu əvvəlki kimi olacaq:

“Artsaxın (Qarabağın - red) özünümüdafiə ordusu mövcuddur və mövcudluğunu davam etdirəcək. Artsaxın özünümüdafiə ordusu inkişaf etməlidir və o güclənməli və Artsaxın suverenliyinin qarantı olmalıdır”.

Paşinyan Şuşanın “təslim edilməsinə” dair iddialarla bağlı suala da cavab verib. O əlavə edib ki, Şuşa ətrafında 100-dən çox erməni əsgərin cəsədi tapılıb:

“Əgər Şuşanı təslim ediblərsə, bu kimin əmri ilə olub və bu əsgərlər nəyin uğrunda döyüşüblər?”

XS
SM
MD
LG