Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Ermənistanda itkin əsgərlərin yaxınları etiraz aksiyası keçiriblər


AzadlıqRadiosunun Erməni xidməti – Azaztutyn yazır ki, Dağlıq Qarabağda itkin düşmüş onlarca hərbi qulluçunun ailə və qohumları noyabrın 23-də Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşıblar.

Nazirliyin qarşısındakı qadınlardan biri AzadlıqRadiosuna deyib:

“Biz bura gəlirik ki, dövlət orqanının nümayəndəsi, istər nazir olsun, istərsə də hər hansı zabit, qarşımıza çıxaraq məlumat versin. Biz də bilək ki, nə baş verir. Biz başa düşürük ki, müharibə olub, amma bizi, valideynləri görməzliyə vururlar”.

Əsgər valideynləri günlərlə get-gələ salındıqlarından, aldadıldıqlarından şikayətlənirlər.

Başqa bir valideyn AzadlıqRadiosu müxbirinə deyib:

“Mənim hər iki oğlum Cəbrayılda, müddətli hərbi xidmətdə idi, mənim bundan sonra vətən adlandırmadığım ölkəyə xidmət edirdilər. Mən onlarla sonuncu dəfə oktyabrın 9-da danışmışam. O vaxtdan bəri onlardan xəbər yoxdur. İki aydır ki, məni aldadırlar”.

Pashinyanın istefası tələbi ilə açlıq aksiyasına başlanılıb
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

“Uşaqlarımızın onların gözündə heç bir qiyməti yoxdur...”

Etiraz aksiyasının daha bir iştirakçısı – Qagik İsaxanyan qardaşını axtarır.

O deyir ki, qardaşının yaralı olduğu haqda məlumat alıb:

“Zabitlərə zəng edirsən, bura gəlirsən, tələb edirsən, deyirsən ki, çağırışçılar yaralı yatır, onları gətirmək üçün niyə adam göndərmirsiniz? Onlarsa deyirlər: “əgər çağırışçı əsgəri gətirmək üçün xüsusi təyinatlı göndərsək, onu da itirəcəyik”. Bu axı adamlıq deyil, mənəviyyatsızlıqdır bu...Mən bura gəlmişəm ki, nazir Tonoyana sual verəm: “Siz bu işi niyə təşkil etməmisiniz?” O isə deyir: “Gəlin bunu müzakirə etməyək. Bunlar olub keçib”. Bundan belə çıxır ki, bizim uşaqlarımızın onların gözündə heç bir qiyməti yoxdur”.

Azatutyun yazır ki, bir neçə saatdan sonra deputat Arman Babacanyan və parlamentin təhlükəsizlik və müdafiə komissiyasının sədri Andranik Koçaryan nazirliyin qarşısına gəliblər.

Onlar vəd ediblər ki, itkinlərin yaxınları az sonra Müdafiə Nazirliyində qəbul ediləcəklər.

Noyabrın 23-də baş nazir Nikol Paşinyan Qarabağ müharibəsinin gedişində əsir düşən hərbçi və mülkilər barədə müşavirə keçirib.

Paşinyan deyib ki, yaxın günlərdə itkin və əsirlərin qohumları görüşəcək.

XS
SM
MD
LG