Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:23

Belarus müxalifətinə Saxarov mükafatı təqdim olunub


Minskdə etirazlar, 13 dekabr, 2020-ci il
Minskdə etirazlar, 13 dekabr, 2020-ci il

Tixanovskaya bu həftə Brüsseldə Avropa Birliyi liderləri ilə danışıqları aparır

Dekabrın 16-da Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Koordinasiya Şurasının adından mükafatı Avropa Parlamentinin Prezidenti Deyvid Sassolidən qəbul edib.

“Ətrafımızda gözəgörünməz qorxu hasarı qurulub. Ancaq bu il biz birləşərək inanırıq ki, bu qorxu divarının kərpiclərini bir-bir sökəcəyik. Daha yaxşı Belarus xəyalı bizi ayaqda saxlayır”, – Tixanovskaya avropalı deputatlar qarşısında çıxışında deyib.

“Azad Belarus olmadan Avropa həqiqətən azad deyil. Yaşasın Avropa, yaşasın Belarus!” – müxalifət lideri bildirib.

“Sizin savaşınız bizim savaşımızdır”, – Sassoli çıxışında Belarus müxalifətçilərinə xitabən deyib.

***

Dekabrın 16-da Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya və digərlərinə Avropa Parlamentinin Fikir Azadlığına görə Saxarov mükafatı təqdim olunacaq.

Tixanovskaya bu həftə Brüsseldə Avropa Birliyi liderləri ilə danışıqları aparır.

Bu ilin qalibi Belarusda siyasi müxalifətin yaratdığı Koordinasiya Şurası olub. Qurumun məqsədi avqustda keçirilən prezident seçkisindən sonra ölkədə hakimiyyətin transferini asanlaşdırmaq idi. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir. Qərb nəticələri, Alyaksandr Lukaşenkanı prezident kimi tanımayıb.

“Saxarov mükafatı buna görə verilir”

Avropa Parlamentinin Prezidenti Deyvid Sassoli oktyabrda qalibin adını açıqlayanda deyib ki, Belarus müxalifəti fikir və ifadə azadlığının müdafiəsində cəsarəti, möhkəmliyi və qətiyyətinə görə mükafata layiq görülüb.

“Saxarov mükafatı buna görə verilir”, – Sassoli oktyabrın 22-də deyib.

50 min avro (59 min 180 dollar) dəyərində insan haqları mükafatı sovet fiziki və dissidenti Andrey Saxarovun şərəfinə 1988-ci ildə təsis olunub, insan haqları və fundamental azadlıqları müdafiə edən fərdlərə və təşkilatlara verilir.

Mükafat Şuranın bir sıra üzvlərinə təqdim olunur, onlardan bəziləri həbsdədir.

Avqustun 9-dan Belarusda Lukaşenkaya qarşı etirazlar keçirilir.

Seçkidə onun 80 faizdən çox səs yığdığı açıqlansa da, müxalifət əsl qalibin Tixanovskaya olduğunu deyir.

Polis etirazları zorakılıqla yatırıb. BMT 27 mindən çox saxlananın olduğunu deyir. Saxlananlara işgəncə verildiyi, pis rəftar olunduğu haqda məlumatlar var, bir neçə nəfər vəfat edib.

XS
SM
MD
LG