Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Azərbaycanın səhiyyə strukturu hansı vaksinə uyğundur?


Azərbaycanda, əsasən, Çində istehsal olunan "CoronaVac" vaksinindən danışılır.
Azərbaycanda, əsasən, Çində istehsal olunan "CoronaVac" vaksinindən danışılır.

Azərbaycan koronavirusla bağlı vaksinin tətbiqinə yaxın zamanlarda başlamaq niyyətindədir.

"Əminik ki, dövlətimiz ölkə rəhbərinin xüsusi diqqət və qayğısı ilə vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq". Bunu dekabrın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirusa qarşı vaksinlərlə bağlı keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, vaksinasiyanın ən təhlükəsiz və ən effektiv olması xüsusi diqqətdə saxlanılan məsələdir.

Səhiyyə nazirinin müavini Viktor Qasımov isə "hansı vaksinin daha tez üçüncü fazadan keçməsi ilə bağlı açıqlama veriləcəksə, onun ölkəyə gətirilməsinə çalışacağıq" bildirsə də, brifinqdə, əsasən, Çində istehsal olunan "CoronaVac" vaksinindən danışılıb.

"Vaksinin təsirləri ümidvericidir"

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev də deyib ki, sözügedən vaksinin 95-97 faiz effektiv olması qənaətinə gəlinir: "Üçüncü faza olaraq tədqiqatlarda Türkiyə də iştirak edir. Bu vaksin minlərlə insana verilir və təsiri yoxlanılır. Vaksinin təsirləri bu gün ümidvericidir. İnaktiv vaksinlərin hazırlanmasında Çin önə keçdi və daha tez bazara çıxaracaq. Türkiyədə də koronavirusa qarşı vaksin hazırlığında ikinci fazaya keçiblər. Digər vaksinlər ənənəvi deyil, yenidir. Ona görə də, Çində hazırlanan vaksin daha təhlükəsizdir. Bu vaksinin neçə ay təsir edəcəyini sonra açıqlayacaqlar".

Brifinqdə TƏBİB sədri bildirib ki, ənənəvi vaksinasiya üçün soyuq zəncirləməyə Azərbaycan tam hazırdır. Səhiyyə nazirinin müavini isə Azərbaycanda vaksinasiyanın pulsuz olacağını deyib.

Koronavirus xəstələri hansı hallarda müalicəni özləri ödəməlidir?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Ənənəvi üsulla hazırlanmış vaksin

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Turan" agentliyinə bildirib ki, virus infeksiyalarına qarşı peyvəndlər, xüsusən RNT (Ribonuklein turşusu) tərkibli viruslarla mübarizədə hazırlanan peyvəndlər üç qrupa bölünür: "Birinci qrupa törədicisi zəiflədilmiş, inaktivə olunmuş peyvəndlər aiddir. İkincisi xəstəlik törətmə prosesində aktiv hissə - genetik material daşıyıcısı olan mRNT-dən (məlumat RNT-si) istifadə etməklə hazırlanmış peyvəndlərdir. Üçüncü isə... genetik material köçürülmüş törədicidən hazırlanmış peyvəndlər".

Deputatım fikrincə, Çinin hazırladığı peyvənd ənənəvi üsulla hazırlanmış, törədici zəiflədilmiş peyvənddir: "ABŞ-ın hazırladığı peyvənd mRNT (məlumat RNT-si) xarakterli peyvənddir. Rusiyanın hazırladığı "Sputnik-V" vaksini isə daha çox üçüncü qrup dediyimiz adenovirusdan istifadə etməklə hazırlanmış peyvənddir".

Əsas məsələ - saxlanma temperaturu

M.Məmmədlinin sözlərinə görə, peyvəndlərin gətirilməsi, saxlanılması, daşınması, təhlükəsizlik şəkildə peyvəndləmənin aparılması böyük bir prosesdir: "Ən mühüm proses peyvəndlərin bir ölkədən digər ölkəyə daşınması, gətirilməsidir. Burada soyuq zəncir prinsipindən istifadə olunur. Peyvəndin gətirildiyi yerdən icra olunduğu nöqtəyə qədər tələb olunan temperatur, saxlanma üçün tələb olunan temperatur (məsələn, Çin vaksini üçün bu, mənfi 3-4 dərəcədir) və saxlanma şəraiti zəncir şəkildə bir- birini təqib etməlidir. Burada zəncirin bir halqasında qırılma yaranarsa, o zaman peyvəndin effektivliyində və yaxud onun tətbiqindən sonra mənfi nəticələrin meydana çıxması halları ola bilər. Bu baxımından, bizim strukturumuz bunlara tam hazır şəkildə olmalıdır".

Koronavirus xəstələriin müalicəsinə hökumət nə qədər yardım edir?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Deputatın deməsinə görə, ölkənin bu məsələlərdə praktikası kifayət qədərdir: "Çünki həm periodik peyvəndlərin vurulmasında, həm bizim milli peyvənd təqvimizin həyata keçirilməsində bu proseslərin hər biri artıq bir işlənmiş mexanizm üzrə gedir. Hal-hazırda icra edilən Milli peyvənd proqramında tətbiq olunan peyvəndlərin əksəriyyətinin də saxlanma şəraiti dediyimiz o zəiflədilmiş mikroorqanizmlərdən hazırlanmış peyvəndlərə uyğundur".

"İlk növbədə vaksinin keyfiyyəti..."

Tibbi elmləri doktoru Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan ilk növbədə vaksinin keyfiyyətinə önəm verməlidir: "Çünki ölkəyə gətiriləcək vaksininin təsiri az olsa da, azından o, insanlar üçün təhlükəsiz olmalıdır".

Professorun fikrincə, Azərbaycan ABŞ və Avropanın birgə istehsal etdiyi vaksini almağa çalışmalıdır: "Çünki Rusiyanın vaksini zəiflədilmiş virus əsasında hazırlanır və onun effektivliyi o qədər də yüksək deyil. Çinin vaksinin keyfiyyətinə gəlincə, o, yaxşı ola bilər, bu ölkədə yüksəksəviyyəli elmi-tədqiqat institutları var. Amma Çində vaksini müxtəlif yerlərdə istehsal edə bilərlər, bu da onun effektivliyini azaldacaq. Buna diqqət vermək lazımdır".

SMS icazədən kimlər narazıdı? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

"...bunu yaratmağa nə var ki?"

A.Qeybulla qeyd edib ki, ABŞ və Avropanın istehsal etdiyi vaksinin saxlanma şəraiti bir az mürəkkəbdir və Azərbaycanda hazırda belə şərait mövcud deyil: "Həmin vaksin çox böyük mənfi temperaturda saxlanılır. Azərbaycanda bu şərait hələ ki, yoxdur, amma bunu yaratmağa nə var ki? Modul tipli xəstəxanaların nəzdində bokslar yaratmaq olar. Ən önəmlisi vaksinin təhlükəsiz olmasıdır".

Vaksinin pulsuz olub-olmayacağına toxunan professor bildirib ki, o, pulsuz və ya simvolik bir qiymətə olmalıdır: "Vaksinlər əslində çox baha deyil, istehsalçılar onlara böyük qiymət qoymadılar. Vaksinasiya pulsuz aparıla bilər və ya simvolik bir qiymətə aparılmalıdır. Burada əhalinin vəziyyəti nəzərə alınmalıdır".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 183 min 259 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan da 2 min 7 nəfərin də vəfat etdiyi açıqlanıb. Ölkədə martin 24 -dən karantin rejimi hökm sürür.

XS
SM
MD
LG