Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:51

Rusiya da Britaniya ilə hava əlaqəsini dayandırır


London hava limanı. Foto arxiv
London hava limanı. Foto arxiv

Konqresin liderləri isə pandemiyanın ziyan vurduğu iqtisadiyyata 900 milyard dollarlıq planı razılaşdırıblar

Dekabrın 22-i gecəyarısından Rusiya Böyük Britaniya ilə hava əlaqəsini dayandırır Bu haqda ölkənin koronavirusla mübarizə üzrə operativ qərargahı məlumat yayıb.

İlkin məlumatlara görə, məhdudiyyət bir həftəliyə qoyulur.

İndiyədək 20-dən çox ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsib, yaxud məhdudlaşdırıb. Danimarka, İtaliya, Niderland və Avstraliyada artıq koronavirusun yeni formasına 10-dan artıq yoluxma aşkarlanıb.

Hakimiyyətin bildirməsinə görə, yeni forma “köhnə”dən 70 faiz daha sürətlə yayılır. Ancaq tibb ekspertləri əmin edirlər ki, yayılma sürətinə baxmayaraq bu forma insan həyatına adi koronavirusdan böyük təhlükə yaratmır, COVID-19-a qarşı vaksinasiya tədbirlərinə də təsir göstərməyəcək.

***

Koronavirusun sürətlə yayılan forması aşkarlanıb

İngiltərənin cənub-şərqində koronavirusun mutasiyaya uğramış forması aşkarlanandan sonra Avropanın bir sıra ölkələri Britaniya ilə kommunikasiyanı məhdudlaşdırır.

Fransa bildirib ki, dekabrın 20-i axşamdan Britaniyadan ölkəyə girişi 48 saatlığa dayandırır. Fransa hökumətinin məlumatına görə, yeni variant “daha yüksək risk yaratmır, yaxud vaksinə davamlılığı bəlli deyil”. Ancaq buna baxmayaraq, 48 saatlıq qadağa ona görə tətbiq olunur ki, bu müddətdə Avropa Birliyinin 27 üzvü təhdidlə mübarizənin ümumi yolunu müəyyənləşdirsinlər.

“Nəzarətdən çıxıb”

Dekabrın 20-də Avropanın bir sıra ölkələri – İrlandiya, Bolqarıstan, Belçika, Niderland, İtaliya, Almaniya oxşar addımlar atıb.

Səhiyyə naziri Mət Henkok yeni növün sürətlə yayılmasının “nəzarətdən çıxdığını” deyib.

Britaniya dekabrın 20-də 36 minə yaxın, yəni bir həftə öncəylə müqayisədə iki dəfə çox yoluxma təsdiqlənib.

Qeyri- AB ölkələrindən Səudiyyə Ərəbistanı və İran da Britaniyadan səyahətlərə qadağa qoyub. ABŞ-da Nyu Yorkun qubernatoru Endru Kuomo belə bir qadağanın tətbiqini istədiyini söyləyib.

Almaniyanın Səhiyyə naziri Cens Spahn ölkəsində virusun yeni növüylə bağlı hər hansı yeni halın aşkarlanmadığını söyləyib. Onun sözlərinə görə, AB ekspertləri koronavirus vaksinlərinin yeni növə qarşı effektiv olduğunu düşünülər. Pfizer/BioNTech vaksini artıq Britaniya və Birləşmiş Ştatlarda vurulmağa başlanıb.

Suallar çoxdur

Belçikanın Baş naziri Aleksandr de Kroo deyib ki, “bu yeni mutasiya haqda xeyli suallar var”.

Mutasiyaya uğramış növün sentyabrın ortasında İngiltərəni cənub-şərqində tapıldığı bildirilir. Sonradan bu forma Londonda, İngiltərənin cənub-şərqi və şərqində virusun dominant formasına çevrilib.

Baş nazir Boris Conson, Britaniya alimləri deyirlər ki, yeni növün orijinala nisbətən yoluxdurma gücü 70 faizidir. Epidemioloqlar onun daha yüksək öldürücü gücü, yaxud daha kəskin xəstəliklər yaratmasına dəlil olmadığını deyirlər. Britaniya alimləri həm də inanırlar ki, vaksinlər yeni varianta qarşı da eyni dərəcədə effektiv olacaq.

Dekabrın 21-də Conson hökumətin böhran komitəsinin iclasını keçirəcək. AB-nin rotasiya əsasında prezidentliyini icra edən Almaniya isə qurumun 27 üzvü arasında virusa qarşı işlərin koordinasiya üçün xüsusi böhran iclası çağırıb.

COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır....
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

Moderna vaksinləri paylanır

Artıq dekabrın 21-dən Moderna şirkətinin COVID-19 vaksininin Birləşmiş Ştatlarda paylanmasına başlanır.

Pfizer vaksininin ilkin dozası 556 minədək amerikalıya vurulub. Ölkənin yeni prezidenti seçilmiş Co Bayden bu gün vaksini ictimaiyyətə açıq şəkildə vurduracaq.

Konqresin liderləri isə pandemiyanın ziyan vurduğu iqtisadiyyata 900 milyard dollarlıq planı razılaşdırıblar. Müzakirələr bir neçə aydı gedirdi. Qanunvericilik hələ yazılmaqdadır, ancaq onun artıq bu gün – dekabrın 21-də səsverməyə çıxarılacağı gözlənir. Konqres bu stimul paketini 2021-ci ildə hökumətin maliyyələşdirilməsi üzrə 1.4 trilyon dollarlıq layihə ilə birləşdirməyi planlaşdırır.

Bu ilin martında qəbul olunmuş 2.3 trilyon dollarlıq nəhəng yardım paketi bir neçə aydır bitib. Yeni planda bir çox şəxslərə 600 dollarlıq birbaşa ödənişlər nəzərdə tutulub. Əvvəlki paketdə bu məbləğ iki dəfə çox idi.

XS
SM
MD
LG