Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:25

Rusiyada koronavirus xəstələrinin sayı 3 gündür davamlı atmaqdadır


Rusiyada xəstəxana, arxiv foro
Rusiyada xəstəxana, arxiv foro

Rusiyada yeni növ koronavirus infeksiyası ilə xəstələnənlərin sayı ardıcıl üçüncü gündür artır. Xəstəliyin yayılmasına qarşı mübarizə aparan əməliyyat qərargahının bazar günü statistikasına görə, 3 yanvar tarixində gün ərzində 24.150 nəfər virusa yoluxub, 19.847 nəfər sağalıb, ən azı 504 nəfər ölüb.

Bu həm təbii səbəblər, həm də Rusiyada davam edən Yeni il tətilləri ilə izah edilir. Rəsmi qurumlar pandemiya başlayandan bəri 3 milyon 230 mindən çox adamın virusa yoluxduğunu bildirir. Yanvarın 3-də isə 559 399 nəfər xəstə kimi qeydiyyata alınıb. Rusiya Statistika komitəsinin məlumatına görə, ölkədə koronavirusdan ən azı 116 min nəfər ölüb.

Ötən ilin dekabrından Rusiyada koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb. Dekabrın sonlarında 30 min adama peyvənd vurulduğunu bəyan edən Rusiya səhiyyə naziri Mixail Muraşko son açıqlamasında artıq ölkə üzrə bu rəqəmin 800 minə çatdığını bildirib.

Amma həftə yarım müddətində vaksinləşmənin 18 dəfə artmasını müəyyən şübhələrə yol açıb. "Xolod" nəşrinin redaktoru Mixail Zelenski belə sürətli peyvənd vurulmanın inandırıcı olmadığını deyir.

"Bu mümkün deyil, Belə olmur. Ya o, əvvəl doğru məlumat verməyib, ya da indi."

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Yanvarın 3-ə olan məlumata görə, indiyə qədər dünyada 84, 6 milyon adam virusa yoluxub. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG