Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:58

Xameneyi vaksin idxalını yasaqlayır


İranda xəstəxana
İranda xəstəxana

Onun sözlərinə görə, İran “digər etibarlı yerlərdən” vaksin ala bilər

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalına qadağa qoyduğunu açıqlayıb. Bu iki ölkəyə “inanmadığını” deyib.

“ABŞ və Britaniya vaksinlərinin ölkəyə idxalı qadağan olunur. Bunu rəsmilərə demişəm və indi də ictimaiyyətə açıqlayıram”, – ölkədə bütün məsələlər üzrə son söz sahibi olan Xameneyi yanvarın 8-də televiziya ilə canlı çıxışında söyləyib.

ABŞ-ın Pfizer və Moderna, Britaniyanın AstraZeneca şirkətləri koronavirusa qarşı vaksin hazırlayıblar. Rusiya və Çin də öz vaksinlərinin tətbiqinə başlayıblar.

“Mən həqiqətən də Birləşmiş Ştatlar və Britaniyaya inanmıram. Onlar bəzən vaksinlərini başqa ölkələrdə sınaqdan keçirmək istəyirlər”, – Xameneyi bildirib.

“Etibarlı yerlər”

O deyib ki, İran “digər etibarlı yerlərdən” vaksin ala bilər, öz ölkəsinin COVID-19-a qarşı vaksin hazırlamaq cəhdlərini də tərifləyib.

İran Yaxın Şərqdə koronavirusdan ən çox zərbə yemiş ölkə sayılır, indiyədək COVID-19-a 1.2 milyondan çox yoluxma aşkarlanıb, 56 minə yaxın xəstə vəfat edib. Ancaq təhlilçilər bu rəqəmlərin dəqiqliyinə şübhə edirlər, əsl rəqəmlərin xeyli yüksək ola biləcəyini düşünürlər.

İranda ötən ay yerli vaksinin sınaqları başlanıb, epidemiya ilə mübarizədə faydalı ola biləcəyi bildirilib. ABŞ sanksiyaları İranın vaksin idxalı imkanlarını məhdudlaşdırır.

İran mərkəzi bankının sədri Əbdülnasir Hemmati isə deyib ki, Tehran COVAX-dan 16.8 milyon dozalıq vaksinin ilkin idxalı üçün 244 milyon dollara yaxın vəsait ödəyib. COVAX Dünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi qlobal vaksin paylama planıdır.

Ancaq indiyədək ölkəyə hər hansı vaksin göndərilmədiyi bildirilir.

XS
SM
MD
LG