Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:50

Bayden 1.9 trilyon dollarlıq yardım planı açıqlayır


Co Bayden
Co Bayden

Baydenin sözlərinə görə, “elə indicə” hərəkətə keçmək lazımdır və planın reallaşmasının verəcəyi faydalar “xərcləri aşacaq”

ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden yanvarın 14-də axşam ölkə iqtisadiyyatına 1.9 trilyon dollarlıq yardım paketini açıqlayıb.

“Amerikanın xilası planı” adlı strategiyaya əhaliyə birbaşa pul ödənişləri, kiçik biznesə yardım, vaksinasiya xərcləri daxildir.

Baydenin sözlərinə görə, “elə indicə” hərəkətə keçmək lazımdır və planın reallaşmasının verəcəyi faydalar “xərcləri aşacaq”.

Yeni iş yerləri

“Bu investisiyalar yeni iş yerləri formasında qayıdacaq... bu isə uzunmüddətli iqtisadi ziyanın qarşısını alacaq. İndiki böhran məqamında fəaliyyətsiz qala bilmərik”, – Bayden vurğulayıb.

Planda 1 trilyon dollar milyonlarla amerikalıya birdəfəlik ödənişlər kimi veriləcək, bu haqda qərar ötən dekabrda verilmişdi. 415 milyard dollar pandemiya ilə mübarizəyə və vaksinasiyaya sərf olunacaq. 440 milyard dollar isə kiçik biznesə dəstəyə xərclənəcək.

Baydenin planında adamların kirayə götürdüyü evlərdən çıxarılmasına, bankların mülkiyyəti müsadirə etməsinə moratorium uzadılır. Sənəddə həmçinin federal səviyyədə minimum əməkhaqqının iki dəfə artırılması, saata 15 dollara qaldırılması təklif edilir.

“Bir neçə nəsildən bir rastlanan iqtisadi böhranın ortasında olduğunu görmək çətin deyil”, – Bayden deyib.

600 dollardan əlavə 1400 dollar da veriləcək

Kriteriyalara uyğun gələn amerikalılara birbaşa ödəniş kimi 1400 dolların verilməsi nəzərdə tutulur. Bu, daha öncəki paketdə nəzərdə tutulmuş 600 dollara əlavədir.

Konqresdəki demokratlar yeni seçilmiş prezidentin proqramını alqışlayıblar.

Ancaq bu planın Konqresdə təsdiqlənəcəyi dəqiq deyil. Respublikaçıların çoxu ödənişlərin yüksək olmasından məmnun deyillər, bundan ötrü borclanmağın vacibliyini sual altına alırlar.

Ancaq demokratlar təzəlikcə Nümayəndələr Palatası və Senata nəzarəti ələ alıblar, bu da planın təsdiqlənmə şansını artırır.

İndiyədək Birləşmiş Ştatlarda koronovirusdan 385 mindən çox insan vəfat edib.

Bayden yanvarın 20-də prezident andı içməlidir. O, prezidentliyinin ilk 100 günündə 100 milyon vaksinin vurulmasını qarşısına məqsəd qoyub.

XS
SM
MD
LG