Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:52

Tramp keçmiş müşavirini əfv edir


Stiv Bannon
Stiv Bannon

Bir çox prezidentlər vəzifə müddətlərinin son günlərində əfv sərəncamları verirlər. Tənqidçilərin fikrincə, Tramp öncəki əfvləri ilə siyasi müttəfiqlərini mükafatlandırıb, heç də məhkəmənin yanlışlarını düzəltməyə çalışmayıb

ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Stiv Bannonu əfv edib. O, yanvarın 20-də vəzifədən gedərayaq onlarla şəxsi əfv edib, ya da cəzasını yüngülləşdirib.

Ümumilikdə Tramp 143 nəfərlə bağlı qərar verib, onların içində keçmiş respublikaçı ianəyığan da var, rep ulduzu da, keçmiş mer də.

Administrasiyanın yaydığı bəyanatda deyilir ki, “Prezident Donald Tramp 73 nəfəri əfv edib, daha 73 nəfərlə bağlı hökmləri isə yüngülləşdirib”.

Bu məsələdə ən çox izlənən vaxtilə Trampın nüfuzlu müşaviri olan Bannonun işi idi. O, 2016-cı ildə prezidentin seçki kampaniyasını idarə edirdi.


Özünü, ailə üzvlərini əfv etməyib

Sonradan o, Trampın təklifilə çəkilən ABŞ-Meksika sərhədinin tikintisi üçün ianə yığımı zamanı adamları aldatmaqda ittiham olundu. Özü isə ittihamları rədd edirdi.

Mediada gedən spekulyasiyaya baxmayaraq, Tramp özü, qızı İvanka, kürəkəni Jared Kuşner, iki oğlu Donald Eriklə bağlı əfv qərarı verməyib.

O, şəxsi vəkili Rudi Cuilianini də siyahıya salmayıb. Vəkili onun 3 noyabr seçkisinin saxtalalaşdırılması iddialarını dəstəkləyir.

Özü, ailə üzvləri, yaxud şəxsi vəkili ilə bağlı əfv qabaqlayıcı xarakterli olardı, çünki onlara ittiham irəli sürülməyib.

Bəzi müşavirlər xəbərdarlıq edirilər ki, bu addım konstitusion suallar yarada, yaxud hansısa cinayət ehtimalını gündəmə gətirə bilər.

Tramp indiyədək kimləri əfv edib

Konstitusiya prezidentə geniş əfv səlahiyyəti verir.

Bir çox prezidentlər vəzifə müddətlərinin son günlərində əfv sərəncamları verirlər. Tənqidçilərin fikrincə, Tramp öncəki əfvləri ilə siyasi müttəfiqlərini mükafatlandırıb, heç də məhkəmənin yanlışlarını düzəltməyə çalışmayıb.

Tramp keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flini əfv etmişdi. O, Rusiya səfirilə söhbəti haqda FTB-yə yalan danışmışdı. Prezident daha sonra Rocer Stounun həbs cəzasını yüngülləşdirdi. O da Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxiləsilə bağlı istintaq çərçivəsində Konqresə yalan danışmaqda təqsirli bilinib.

Prezidentin daha bir qalmaqallı əfvi isə 2007-ci ildə 14 silahsız iraqlını öldürməkdə təqsirli bilinən dörd hərbi kontraktorla bağlı olub.

Tramp yanvarın 20-də səhər Vaşinqtonu tərk edərək Floridadakı Mar-a-Laqo klubuna gedəcək. Bayden bu gün prezident andı içəcək. Kapitoli ətrafında görünməmiş təhlükəsizlik tədbirləri görülüb.

XS
SM
MD
LG