Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:06

Kasıblara peyvənd çatmasa... – Qərb mediası


Milyarder Bill Qeytsə vaksin vurulur
Milyarder Bill Qeytsə vaksin vurulur

“Bütün iqtisadiyyatlar bir-birinə bağlıdır. Digər iqtisadiyyatlar bərpa olunmayanacan heç bir iqtisadiyyat özünə tam gəlməyəcək”

Dünyada yeni növ koronavirusa 99 milyondan çox yoluxma təsdiqlənib, 2 milyondan çox insan isə vəfat edib. Bir sıra ölkələrdə vaksinasiya gedir. “The Washington Post” qəzeti zəngin ölkələrin qızğın şəkildə vaksin tədarükü gördüyünü, yoxsul ölkələrə isə hələ bircə dozanın belə çatmadığını yazır.

Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus ötən həftə deyirdi ki, bir azgəlirli ölkəyə cəmi 25 vaksin çatıb. Azı 49 yüksək gəlirli ölkələrdə isə 39 milyon dozadan ox vaksin vurulub. O, zəngin ölkələrin vaksin təchizatını qamarlamasını “öncə özüm” yanaşması adlandırıb.

COVAX-a hələ vaksin verən yoxdur

Afrika Birliyi artıq 270 milyon dozalıq vaksinlə bağlı razılaşma əldə edib. COVAX adlı təşəbbüsün məqsədi bu ilin sonunadək əhalinin 20 faizindən çoxunu qorumaq üçün 2 milyard dozaya yaxın vaksin tədarükü görməkdir. Qəzet yazır ki, COVAX 5 vaksin istehsalçısından peyvənd almalıdır, ancaq danışıqlar çətin gedir və indiyədək heç bir vaksin əldə olunmayıb.

Ötən cümə günü Pfizer elan elədi ki, 40 milyon doza vaksin verilməsilə bağlı razılaşma bağlanıb.

Birləşmiş Ştatlar da keçmiş prezident Donald Trampın qərarının əksinə, COVAX-a qoşulur. Dövlət katibi postuna namizəd Entoni Blinken vəd edir ki, bu təşəbbüs hər bir amerikalının peyvənd olunmasına, həm də başqalarına kömək etməyə yardım edəcək.

Yoxsul ölkələrə Covid-19 vaksini çatmasa, bu, pandemiyanın iqtisadi zərərini ağırlaşdıracaq. “The New York Times” qəzeti yeni araşdırmaya istinadla yazır ki, bu zərərin yarısının bədəlini elə zəngin ölkələr ödəyəcək.

Koç Universiteti, Harvard və Merilend Universitetlərinin iqtisadçıları 65 ölkənin 35 sənayesi üzrə ticarət datasını təhlil ediblər, vaksinin qeyri-bərabər paylanmasının iqtisadi təsirini araşdırıblar.

İki ssenari

Araşdırmaya görə, ən pis halda, yəni zəngin ölkələrdə ilin ortasınadək tam vaksinasiya həyata keçirələrsə, yoxsul ölkələr əsasən kənarda qalarsa, qlobal iqtisadiyyata dəyən ziyan 9 trilyon dolları aşar. Bu isə Yaponiya və Almaniyanın birlikdə ümumi illik məhsul istehsalından çoxdur.

Bu zaman ziyanın yarıya qədər Birləşmiş Ştatlar, Kanada və Britaniya kimi zəngin ölkələrin payına düşür.

Daha çox real görünən ssenari isə budur ki, ilin sonunadək inkişaf etməkdə olan ölkələrdə əhalinin yarısına peyvənd vurulur. Bu zaman dünya iqtisadiyyatına 1.8 trilyondan 3.8 trilyon dollara qədər ziyan dəyəcək. Bu bədəlin yarıdan çoxu isə zəngin ölkələri əhatələyəcək dəyəcək.

“Bütün iqtisadiyyatlar bir-birinə bağlıdır. Digər iqtisadiyyatlar bərpa olunmayanacan heç bir iqtisadiyyat özünə tam gəlməyəcək”, – İstanbuldakı Koç Universitetinin iqtisadçısı Selva Demiralp söyləyib

Qəzet yazır ki, inkişaf etməkdə olan ölkələrdə adamlar karantinə görə evdə qalmalı olarlarsa, xərcləməyə pulları da azalacaq. Bu halda Şimali Amerika, Avropa və Şərqi Asiyadakı ixracatçılarının satışı zəifləyəcək. Digər tərəfdən, inkişaf etmiş ölkələrdəki transmilli şirkətlər ehtiyat hissələri, komponentlər, xammalı rahat əldə edə bilməyəcəklər.

Araşdırma onu da üzə çıxarıb ki, yoxsul ölkələrdə pandemiyanın davam etməsi təchizata görə dünyanın müxtəlif yerlərindən asılı sənayelərin vəziyyətini daha da pisləşdirəcək. Avtomobil istehsalı, tekstil, tikinti, pərakəndə ticarətdə satış 5 faizdən çox azala bilər.

Bir çox inkişaf etməkdə olan ölkələr, Banqladeşdən tutmuş Tanzaniya və Peruyadək əhalinin tam peyvənd olunması üçün 2024-cü ilədək gözləməli olacaqlar.

XS
SM
MD
LG