Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:48

Sorğu: Putinin ‘hörməti’ 53 faizə düşüb


Rusiya prezidenti Vladimir Putinə etibar son bir il ərzində 53 faizə düşüb.

“İctimai rəy” fondunun keçirdiyi sorğunun nəticələrində deyilir ki, respondentlərin 35 faizi Putinə etibar etmədiyini deyib.

Bu, 2020-ci ilin martında qeydə alınmış maksimum göstəriciyə uyğundur.

Daha 12 faiz “siz Putinə etibar edirsiniz, yoxsa etmirsiniz” sualına heç bir cavab verə bilməyib.

İctimai rəy fondunun bundan əvvəl aparılmış rəy sorğularında Putinə etimad 55 faizdən aşağı düşməzdi.

Sorğu göstərib ki, rusiyalıların 60 faizi Vladimir Putinin prezident kimi gördüyü işləri bəyənir.

Respondentlərin 26 faizi bu suala mənfi cavab verib.

Metodika dəyişilsə də

Levada müstəqil sorğu mərkəzinin ötən ilin yanvarında keçirdiyi sorğuda prezident Putinə rusiyalıların 35 faizindən bir qədər çoxunun etimad etdiyi məlum olmuşdu.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçiridiyi sorğuya görə isə ötən ilin martında Putinə olan etimad son 14 ildə ən aşağı həddə enmişdi.

O vaxt prezident Putinə respondentlərin yalnız 28 faizinin inandığını bildirilmişdi.

Bu, bütün sorğuların keçirildiyi müddətdə ən aşağı göstərici idi.

Bu nəticələr elan edildikdən sonra Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi Kremlin birbaşa təzyiqi altında metodikasını dəyişmiş və sualı qapalı rejimə keçirmişdi.

Yəni bundan sonra artıq respondent konkret olaraq Putinə səs verib-vermədiyini bilmirdi.

Amma hətta bu “düzılişlə” də 2020-ci ilin yanvarında prezidentə inananlar 74 faizdən 67 faizə enmişdi.

XS
SM
MD
LG