Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:49

Bayden xarici siyasət konsepsiyasını açıqlayacaq


Co Bayden
Co Bayden

Administrasiya rəsmisinin NBC News və CNN-ə deməsinə görə, Bayden çıxışında “Amerikanın dünyadakı yerinin bərpasına” fokuslanacaq

Fevralın 1-də ABŞ Prezidenti Co Bayden xarici siyasət konsepsiyasını açıqlamalıdır. O, sələfi Donald Trampın dörd illik “Öncə Amerika” siyasətindən sonra ölkənin kursunu dəyişməyə çalışır.

Administrasiya rəsmisinin NBC News və CNN-ə deməsinə görə, Bayden çıxışında “Amerikanın dünyadakı yerinin bərpasına” fokuslanacaq. Prezident çıxışında siyasətin detallarını açıqlamayacaq, amma Trampın beynəlxalq qurumlarla təkəbbürlü davranışı, müttəfiqləri və rəqibləri ilə toqquşmalardan sonra yeni kursun açıqlanacağı gözlənir.

Onun yeni dövlət katibi Entoni Blinkeni tam dəstəkləyəcəyi gözlənir. Blinken Tramp administrasiyası dövründə mənəvi problemlərlə üzləşmiş Dövlət Departamentinin başına keçib.

Problemli münasibətlər

Bayden yanvarın 20-də inauqurasiya çıxışında dünya ilə gərginlik içində olan alyansları “bərpa etmək” vədi verib. Yeni prezident artıq Paris iqlim sazişinə və Dünya Səhiyyə Təşkilatına (DST) yenidən qoşulmaqla bağlı addımlar atıb.

Bayden qlobal səhnədə İranla gərginlikdən tutmuş Şimali Koreyanın nüvə və raket proqramlarına qədər bir sıra əngəllərlə üzləşib. O, Əfqanıstan müharibəsi, ABŞ-ın Yaxın Şərq siyasətinə yenidən baxılması kimi bir sıra məsələlər üzrə qərarlar verməlidir.

Çin və Rusiya ilə münasibətlər də getdikcə mürəkkəbləşir. Bayden administrasiyası isə rəqibləri ilə əməkdaşlıq və qarşılıqlı maraq sahələri axtarışındadır.

Vəzifədə olduğu ilk günlərdə Bayden Rusiyayla silah sazişinə nəzarət sazişini yeniləyib. Amma Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində Kremlin hərəkətlərindən narahatlığını da səsləndirib.

XS
SM
MD
LG