Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Vaksinasiya neftin qiymətinə təkan verir


Fevralın 5-də neftin qiyməti bir il ərzində ən yüksək həddinə çatıb.

Reuters agentliyi yazır ki, neftin bir barrelinin qiymətinin 60 dollara çatmasına iqtisadi dirçəlişə olan ümidlərin artması, habelə OPEC qrupu və onun müttəfiqlərinin hasilat ixtisarını davam etdirməsi səbəb olub.

Neftin qiymətinə başqa faktorlar da təsir göstərib.

ABŞ-ın qiymətli kağızlar bazarında rekord göstəricilər qeydə alınıb. Bundan başqa iş yerlərinə dair hesabat bu sahənin stabilləşdiyini göstərir.

ABŞ-da işsizliyin bir qədər azalması yanvarın əvvəllərində qeydə alınıb. Bununla belə hökumətin bu sahəyə əlavə xilas vəsaiti buraxmasına ehtiyac var.

ABŞ prezidenti Co Bayden fevralın 5-də 1.9 milyard dollarlıq koronavirus yardım paketini elan edib.

Neft bazarında

Fevralın 5-də Brent markasından olan neftin bir barrelinin qiyməti 72 sent və ya 1.2 faiz qalxaraq 59.56 dollar olub.

ABŞ neftinin qiyməti 1.4 faiz və 76 sent qalxıb və hazırda bir barrel üçün 56.99 dollardır.

Nyu Yorkdakı OANDA firmasından neft təhlilçisi Edvard Moya deyib ki, hazırda Brent nefti bir barrel üçün 60 dollar səviyyəsində qərarlaşmağa çalışır.

O bildirib ki, Brent neftinin qiyməti bu həftə ərzində 6 faiz qalxıb.

Hazırda Azərbaycanın Azeri Light neftinin bir barrelinin qiyməti 61.24 dollardır.

Səudiyyə neftin qiymətini qaldırıb

Reuters yazır ki, dünya boyunca peyvəndləmə kampaniyalarının başlanması karantinin yumşalacağına və yanacağa tələbatın artacağına ümidlər yaradır.

Bununla belə hətta OPEC kimi nikbinlər də neftə tələbatın 2022-ci ilədək pandemiyadan əvvəlki səviyyəyə çatacağına inanmırlar.

Rystad Energy firmasının neft bazarları üzrə direktoru Byornar Tonhaugen deyib ki, neft qiymətlərinin dirçəlməsinə ən böyük təkan Səudiyyə Ərəbistanından gəlib.

Səudiyyənin Aramco şirkəti Arab Light markasının şimal-qərbi Avropadakı qiymətini bir barrel üçün 1.40 dollar qaldırıb.

Bu ona işarə edir ki, Səudiyyə neft bazarındakı vəziyyətə inamla baxır.

XS
SM
MD
LG