Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:04

Yayın sonuna kütləvi immunitet əldə etmək ‘çətin olacaq’


İspaniyada vaksinasiya
İspaniyada vaksinasiya

Almaniyada yanvarın sonunda Pfizer/BioNTech vaksininin hər iki dozasının vurulduğu 14 nəfər qocalar evi sakini Britaniya variantına yoluxub

ABŞ Prezidenti Co Bayden deyir ki, ölkədə sentyabradək kütləvi immunitet əldə etmək “çox çətin olacaq”. Bununla da COVID-19 vaksinlərinin pandemiyanı tezliklə nəzarətə alacağına ümidlər azalıb.

“Bu yayın sonuna kütləvi immunitetə nail olacağımız ideyası çox çətin görünür”, – Bayden fevralın 7-də “CBS News”a deyib.

Kütləvi immunitet o deməkdir ki, əhalinin böyük hissəsində ya yoluxma, ya da peyvənd yoluyla xəstəliyə qarşı müqavimət yaranır. Bu da əhalinin hətta immunitet formalaşmamış hissəsində virusun yayılmasını azaldır.

Alimlər deyirlər ki, kütləvi immunitetdən ötrü əhalinin azı 75 faizində qoruma yaranmalıdır. Ancaq məsələn, qızılca kimi yüksək yoluxucu xəstəliklərdə bu göstərici 95 faizə çatır.

9.1 milyon nəfərə hər iki doza vurulub

Yeni administrasiya ilk 100 günündə azı 100 milyon doza peyvənd vurmaq öhdəliyi götürüb. Bu isə 330 milyonluq əhalinin 50 milyon nəfərinə peyvənd vurulması deməkdir.

Fevralın 7-dək 41.2 milyon doza vaksin vurulub, 9.1 milyon nəfərə isə Pfizer/BioNTech və Moderna vaksinlərinin hər iki dozası vurulub.

Avropa Birliyi, Kanada və Yaponiya isə yetərincə vaksin dozası əldə etməyə çalışırlar. Çin və Rusiya özlərinin hazırladıqları vaksinlərdən istifadə edirlər. Bir çox ölkələr çoxsaylı vaksin istehsalçısından təchizat əldə edirlər.

Bu arada virusun yeni variantları yayılmaqdadır. Yüksək yoluxucu sayılan Britaniya variantı Birləşmiş Ştatlarda və Avropanın bəzi hissələrində yayılır.

Almaniyada yanvarın sonunda Pfizer/BioNTech vaksininin hər iki dozasının vurulduğu 14 nəfər qocalar evi sakini Britaniya variantına yoluxub. Amma onlar xəstəliyi ya asimptomatik, ya da yüngül simptomlarla keçirib, bu da vaksinin azından müsbət təsiri olduğunu göstərir.

Pfizer ötən ay bildirib ki, vaksini Britaniya və Cənubi Afrikada yayılmış variantlara qarşı da təsirlidir.

65 yaşdan yuxarı vətəndaşların peyvənd üçün qeydiyyatı başlanır
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

İsrail

Fevralın 7-dən İsrail üçüncü karantini yüngülləşdirməyə başlayıb. Ötən həftə aparılmış araşdırma Pfizer/BioNTech vaksininin, Britaniya variant da daxil olmaqla, virusa real təsir göstərdiyini üzə çıxarıb.

İsrail vaksinasiyada lider ölkədir, 9 milyonluq əhalinin üçdə birə qədərinə Pfizer vaksininin birinci dozası, azı 2 milyon nəfərə isə ikinci doza da vurulub.

Cənubi Afrika fevralın 7-də ön xətdə çalışan tibb işçilərinə AstraZeneca peyvəndi vurmağı dayandırıb. Kiçik klinik araşdırma ölkədə dominantlıq edən virusa qarşı peyvəndin effektiv olmadığını göstərib. Söhbət virusun yaratdığı yumşaq və orta xəstəlikdən gedir.

Novavax vaksini də Cənubi Afrika variantına qarşı az effekt göstərib. Bu variant daha yoluxucudur, artıq COVID-19-u keçirmiş şəxsləri təkrar yoluxdura bilir.

Braziliya variantı isə Manaus şəhərində yoluxmaları kəskin artırıb. Bu, xəstəliyi artıq keçirmiş şəxslərin də yenidən yoluxa biləcəyi sarıdan narahatlıq yaradıb.

Koronavirusun Braziliya variantı Avropa, Birləşmiş Ştatlar, Kanada və digər yerlərdə də aşkarlanıb.

XS
SM
MD
LG