Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:29

Orban xüsusi mandatın uzadılmasını istəyir


Budapeştdə Sputnik V vaksininin vurulmasına başlanıb
Budapeştdə Sputnik V vaksininin vurulmasına başlanıb

“Təhlükəsiz, dünyada milyonlarla insana vurulmuş hər bir vaksin bizim üçün yaxşıdır”, – Orban vurğulayıb

Macarıstanın Baş naziri Viktor Orban deputatlardan xahiş edib ki, ölkədə koronavirusun yayılmasını məhdudlaşdırmaq məqsədilə fövqəladə səlahiyyətləri uzadılsın.

Orban kabinetinin xüsusi mandatının 90 gün uzadılmasını istəyir. Martda isə ona məhdudiyyətsiz mandatın verilməsi beynəlxalq tənqidə səbəb olmuşdu.

Hökumətin fərmanla idarə etmək səlahiyyəti var. Ancaq Orbanın sağ-qanaq millətçi Fidesz partiyasının dominantlıq təşkil etdiyi parlament bu səlahiyyəti geri ala bilər

Fevralın 15-də çıxışında Orban bu addımı müdafiə edib.

“İqtisadiyyatı təkrar açmaq istəyirik”

“Biz təkcə qapımızın üzərinə ‘Bağlıdır’ işarəsi asmaq istəmirik. İqtisadiyyatı və bütünlükdə mülki həyatı təkrar açmaq istəyirik”, – Orban deyib.

O, Avropa Birliyini vaksinlərin ləng paylanmasına görə tənqid edib. Orban dəfələrlə AB liderləri tərəfindən avtoritar idarəçiliyinə görə tənqidlə üzləşib.

Baş nazir həmçinin hökumətinin birtərəfli qaydada, Rusiya və Çindən vaksin almasını da müdafiə edib. Macarıstanın səhiyyə orqanları ötən ay Çinin “Sinopharm” şirkətinin, eləcə də Rusiyanın Sputnik V vaksinlərini təsdiqləyib.

Villalar ucuzlaşıb, kiçik evlər bahalaşıb: Pandemiyanın təsirləri
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

“Ölkəmizin birinci vacib işi mümkün qədər çox vaksin əldə etməkdir. Brüsselin vəd etdiyi kimi gec deyil, sürətlə”, – o deyib.

“Təhlükəsiz, dünyada milyonlarla insana vurulmuş hər bir vaksin bizim üçün yaxşıdır”, – Orban vurğulayıb.

Artıq fevralın 12-dən Budapeşt xəstəxanalarında Rusiya vaksini vurulmağa başlanıb.

Fevralın 15-dək Macarıstanda 389 minə yaxın yoluxma təsdiqlənib, 14 minə yaxın xəstə vəfat edib. Bu günəcən 310 mindən çox adama vaksinin azı bir dozası vurulub.

XS
SM
MD
LG