Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:03

AB-nin Ermənistanla tərəfdaşlıq sazişi qüvvəyə minir


Ermənistanda küçə ticarəti, arxiv fotosu
Ermənistanda küçə ticarəti, arxiv fotosu

Bu gündən qüvvəyə minmiş razılaşmada isə Ermənistanın məhz AİB-ə üzvlüyü səbəbindən ikitərəfli tariflərin ləğvi nəzərdə tutulmur

Martın 1-də Avropa Birliyi ilə Ermənistan arasında münasibətləri dərinləşdirməyi nəzərdə tutan saziş qüvvəyə minir.

Avropa Birliyi- Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Razılaşması tərəflərin münasibətlərində “vacib mərhələ”dir, AB bildirib.

AB-nin Xarici siyasət rəhbəri Jozep Borrelin sözlərinə görə, razılaşma AB və Ermənistanın demokratik prinsiplərə, hüququn aliliyinə, geniş islahatlar paketinə sadiqliyinin “güclü əlamətidir”.

“Siyasi, iqtisadi, ticarət və digər sektorlar daxil olmaqla razılaşmamızın məqsədi adamların həyatına müsbət dəyişiklik gətirmək, Ermənistanın islahatlar paketinə problemləri aradan qaldırmaqdır”, – Borrel bəyanatına vurğulayıb.

Ermənistanın modernləşməsi, AB normalarına yaxınlaşma...

AB-nin bildirməsinə görə, pakt iqtisadiyyat, nəqliyyat, rəqəmsallaşma, yaşıl enerji, ədliyyə sistemində əlaqələri gücləndirəcək.

“Saziş Ermənistanın modernləşməsində, özəlliklə bir çox sektorlarda AB normalarına hüquqi baxımdan yaxınlaşmasında vacib rol oynayır”, – qurum bildirir.

Tərəflər sazişi 2017-ci ilin noyabrında imzalayıblar. Sənəd Ermənistanda, AB-nin üzv ölkələrində və Avropa Parlamentində ratifikasiya olundu.

Bu razılaşma Ermənistanla AB rəsmilərinin 2013-cü ildə danışıqlar apardığı Assosiasiya Sazişinin nisbətən zəif alternatividir.

Keçmiş prezident Serj Sarkisyan 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfərindən sonra danışıqları qəfil dayandırdı.

Ermənistan 2015-ci ildə Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə (AİB) qoşuldu.

Bu gündən qüvvəyə minmiş razılaşmada isə Ermənistanın məhz AİB-ə üzvlüyü səbəbindən ikitərəfli tariflərin ləğvi nəzərdə tutulmur.

Azərbaycan

Azərbaycan da Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" (ŞT) proqramı çərçivəsində əməkdaşlıq edir.

"Şərq Tərəfdaşlığı" proqramının əsası 2009-cu ildə qoyulub. Proqram AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi, Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar hələ 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG