Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Putin: Krımı birləşdirdik ki, Donbassdakı kimi olmasın


Putin Sevastopolda, 11 avqust 2019
Putin Sevastopolda, 11 avqust 2019

Rusiya Prezidenti Vladimir Putinin Krımın ilhaq olunması ilə bağlı mövqeyi aşıqlanıb. O, Donbasdakı kimi "faciəli hadisələrin" qarşısını almaq üçün Rusiya hakimiyyətinin Krımda "ardıcıl və sərt" hərəkət etdiyini söyləyib.

Putinin bu açıqlamasına Andrey Kondraşovun yeni sənədli filmi istinad kimi göstərilir. Sözügedən filmin bir hissəsi Rusiya-1 telekanalında nümayiş olunub.

"Bu gün Donbasda şahidi olduğumuz bu cür faciəli hadisələrin mümkün olduğuna əsaslandım. Və məhz hadisələrin bu cür inkişafının qarşısını almaq üçün biz Krım sakinlərinin iradəsinin sərbəst ifadə olunmasını təmin etmək üçün lazımi tədbirləri görməyə məcbur olduq ”deyə Putin bildirir.

Lazımi hərəkətlər, şübhəsiz ki, 2014-cü ilin fevral-mart aylarında Krımda Rusiya qoşunlarının istifadəsi deməkdir və faciəvi hadisələr, Ukraynanın Donetsk və Luhansk bölgələrində Rusiya tərəfindən dəstəklənən separatçılarla Ukrayna ordusu arasında silahlı qarşıdurma deməkdir.

Putindən sitat gətirən bir sıra KİV yazır ki, Putin Rusiyanın Krımdakı faciəli hadisələrin qarşısını aldığını iddia etdiyi halda Donbasın özündə niyə bu hadisələrin qarşısını almadığını söyləmir.

Bu həftənin əvvəlində YouTube "Krım - Evə Gedən Yol" sənədli filmi ilə bağlı izləyicilərə xəbərdarlıq edib:

"Bu məzmun, YouTube icmasının üzvlərinə görə, bəzi istifadəçiləri qorxuda biləcək və ya şoka salan materialları ehtiva edir."

Google korporasiyasının mətbuat xidməti, məhdudiyyətin filmdəki şiddət səhnələri səbəbindən qoyulduğunu bildirir. Rusiya hakimiyyəti isə məhdudiyyətlərin qaldırılmasını tələb edir.

Krımın Rusiya tərəfindən ilhaq olunmasından 7 il ötür. Beləki Moskva güc yolu ilə Krıma daxil olandan sonra 2014-cü il matın 16-da yarımadanın Rusiyaya birləşdirlməsi ilə bağlı Krımda referendum keçirilib. Səsverməni dünyanın çox ölkəsi tanımayıb.

Martın 18-də isə Putin Krım və Sevastopolun Rusiyanın tərkibinə daxil olunduğunu bəyan edib. Qərb ölkələri isə Moskvanı Krımı ilhaqdan əl çəkməyə və yarımadanı Ukaynaya qaytamağı tələb edir.

2014-cü ilin aprelində Ukraynanın Donetski və Luqanski vilayətlərində hərbi əməliyyatlar başlayıb. Kiyev bəyan edir ki, bu hərbi əməliyyatlarda Rusiyanın daimi ordu biləşmələrinin hissələri vuruşub. Hərbi əməliyyatların yekunu olaraq Donbasın bir hissəsi Ukrayna hakimiyyətinnin nəzarətindən çıxıb. Həmin ərazidə de-fakto Rusiyanın nəzarətində olan hakimiyyət fomalaşıb. Münaqişə nəticəsində mülki əhali də daxil olmaqla 13 mindən çox adam həlak olub.

XS
SM
MD
LG