Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

Bayram günləri ictimai nəqliyyat işləməyəcək


Nazirlər Kabineti
Nazirlər Kabineti

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən, martın 20-si saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Həmin müddət Azərbaycanda Novruz tətilidir.

Karantin iyunun 1-nə kimi uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılır.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, aprel və may aylarında da həftəsonu günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması davam edəcək.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən karantindir. Bu müddət ərzində rejim zaman-zaman gah sərtləşdirilib, gah da yumşaldılıb. Sonuncu yumşaltma yanvarın 18-dən tətbiq edilmişdi.

Yaşı 40-dan yuxarı şəxslər də peyvənd olunacaq

Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, martın 19-da keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanıb.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Hazırda yaşı 50 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir.

Bundan əvvəl tibb işçiləri, bəzi başqa sahələrdə çalışanlar və risk qrupunda olanlar peyvənd olunub. Vaksinasiya dövlət hesabına həyata keçirilir. Ölkədə indiyə kimi 480 minə yaxın şəxsin peyvənd olunduğu açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi ümumilikdə 244 min 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 325 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG