Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

Davtyan baş qərargah rəisi oldu


Artak Davtyan
Artak Davtyan

Paşinyan Davtyanı bu vəzifəyə ayın əvvəlində, Onik Qasparyanı baş qərargah rəisliyindən kənarlaşdırandan sonra təyin etmişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, general-leytenant Artak Davtyan “qanuna uyğun olaraq” Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə keçib.

Paşinyan Davtyanı bu vəzifəyə ayın əvvəlində, Onik Qasparyanı baş qərargah rəisliyindən kənarlaşdırandan sonra təyin etmişdi, son açıqlamanı isə Facebook-da martın 22-də yazıb.

Prezident Armen Sarkisyan isə Paşinyanın Davtyanla bağlı təklifini dəfələrlə rədd etdi.

Prezident sərəncamı imzalamayıb, məhkəməyə müraciət etməyib

“Prezident baş nazirin təyinatla bağlı sərəncamını imzalamayıb və Konstitusiya Məhkəməsinə də müraciət etməyib deyə Artak Davtyan qanuna uyğun olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunmuş sayılır”, – Paşinyan yazır.

Fevralın 25-də Qasparyan 40-dan çox yüksək rütbəli zabitlə birgə bəyanatında Paşinyan və hökumətinin istefasını tələb elədi. Onlar Paşinyanı ötən il Qarabağ müharibəsində Ermənistanı “iflasa sürükləmək”də ittiham edirdi. Bundan sonra baş nazir Qasparyanı vəzifədən kənarlaşdırdı, zabitləri çevriliş cəhdində ittiham elədi.

Ermənistan 44 günlük müharibə nəticəsində işğal etdiyi Dağlıq Qarabağ regionunun bir hissəsinə və ətraf 7 rayona nəzarəti itirib, Azərbaycan öz torpaqlarını geri ala bilib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.


Qarabağdakı erməni icmasının gələcəyi necə olacaq? Azərbaycan statusa "yox", Ermənistan "hə" deyir
Gözlə

No media source currently available

0:00 0:10:03 0:00

Qasparyan məhkəmə iddiası qaldıracaq

Ermənistan ordusunun baş qərargahı vaxtından əvvəl seçkilərin ölkədə davam edən siyasi böhrandan yeganə çıxış yolu olduğunu deyir.

Sarkisyan gərginliyi azaltmaq üçün danışıqlara çağırsa da, Qasparyanın vəzifədən kənarlaşdırılmasını təsdiqləməyib.

Paytaxt Yerevanda həm müxalifət, həm də Paşinyan tərəfdarları yürüşlər keçiriblər.

Paşinyan Azərbaycanla imzalanmış 10 noyabr atəşkəs razılaşmasını müdafiə edir, əks halda Azərbaycan ordusunun Dağlıq Qarabağ regionunu bütünlükdə geri ala biləcəyini deyir.

Qasparyan isə vəzifədən kənarlaşdırılmasını qanunsuz sayır. Onun vəkili martın 22-də deyib ki, Davtyanın təyinatına qarşı məhkəmə iddiası qaldırılacaq.

XS
SM
MD
LG