Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:35

Rusiya Twitter-i 117 min dollar cərimə etdi


Rusiyada məhkəmə Twitter şirkətini hökumətin tələbi ilə qadağan olunmuş postu silmədiyinə görə 117 min dollar cərimə edib.

Son vaxtlar Kreml ABŞ-ın sosial media şirkətləri üzərinə təzyiqlərini artırıb.

Aprelin 2-də Twitter-ə qarşı çıxarılmış bu qərar başqa ABŞ platformaları barədə görüləcəyi gözlənilən təbdirlərdən birincisidir.

Hazırda Facebook və YouTube şirkətlərinə qarşı da cərimə qərarları hazırlanır.

Cərimə işlərinin üçü də sözü gedən platformalarda yanvar ayında dərc edilmiş postlarla bağlıdır.

Yeniyetmələri "qızışdırmaq" ittihamı

Bu postlarda müxalifət fəalı Aleksey Navalnının həbsinə etirazlarda iştiraka çağırış edilirdi.

Rusiyanın kommunikasiyalar tənzimləyicisi Roskomnadzor bildirib ki, bu postlar “yeniyetmələri icazə verilməmiş tədbirlərdə qanunsuz iştiraka qızışdırıb”.

Navalnı Rusiya polisi tərəfindən yanvarın ortalarında Almaniyadan qayıdarkən hava limanında həbs olunub.

Onu əvvəlcə şərti cəza qaydalarını pozmaqda ittiham edirdilər.

Son illərin ən böyük antihökumət aksiyaları

Navalnı avqust ayında korrupsiya araşdırmaları üçün getdiyi Sibir regionunda zəhərləndikdən sonra təcili olaraq Almaniyaya çatdırılmışdı.

O zəhərlənməsinə görə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) orqanlarını ittiham edir.

Yanvarın 23-də və 31-də onun həbsinə etiraz edən on minlərlə insan küçələrə çıxıb. Bu, son illərdə ən böyük antihökumət aksiyaları idi.

Navalnı məhkəmə qərarı ilə 2 ildən artıq müddətə azadlıqdan məhrum edilib.

Müxalifətçi bildirir ki, Rusiya hakimiyyəti bu addımı onu zəhərləyib öldürə bilmədiyinə görə atıb.

Rusiya hökuməti sosial medianı boğmaq istəyir

Rusiya hakimiyyəti ölkədə ABŞ sosial medialarının təsirini zəiflətməyə can atır.

Bu məqsədlə habelə internetin sürəti azaldılır və YouTube kanalına yerli alternativlər hazırlanır.

Kreml ölkədə elektron və çap mediasına demək olar tamamilə nəzarət edir, lakin sosial medialar sərbəstliyini saxlayır. Rusiyalılar getdikcə daha çox müstəqil informasiyaları bu platformaldan alırlar.

Navalnı və onun tərəfdarları antihökumət materiallarını milyonlarla vətəndaşa çatdımaq üçün YouTube və Twitter platformalarından geniş istifadə edirlər.

Rusiya ötən ay Twitter-in sürətini azaldıb və bu platformanı ümumiyyətlə bloklayacağı ilə hədələyib.

XS
SM
MD
LG