Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:41

Tehran Şərqi Azərbaycan ostanında 'casusların' həbs olunduğunu deyir


Şərqi Azərbaycan ostanının mərkəzi şəhəri Təbriz
Şərqi Azərbaycan ostanının mərkəzi şəhəri Təbriz

İran dövlət mediasının verdiyi xəbərə görə, ölkədə “İsrail casusu” və xarici kəşfiyyat orqanları ilə əlaqədə olmuş bir neçə başqa şəxslər həbs edilib.

Reuters agentliyi yazır ki, həbs olunanların konkret kimlər olduğu barədə məlumat verilmir.

İran Kəşfiyyat Nazirliyinin məlumatında deyilir:

“İranın Şərqi Azərbaycan ostanında İsrail casusu və bir neçə ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqədə olan başqa casuslar həbs edilib”.

İsrail rəsmiləri bu xəbərlə bağlı heç bir şərh verməyiblər.

Reuters yazır ki, İran İsraili rəsmən tanımır və onu ölkədə törədilən təxribatlarda və nüvə alimlərinə sui-qəsdlərdə ittiham edir.

Bu da qeyd olunur ki, ABŞ və İsrail kəşfiyyatlarına işləməkdə ittiham edilən bir iranlı 2020-ci ildə edam olunub.

Dələduz, yoxsa casus?

İran ötən il qətlə yetirilmiş Mohsen Fəxrizadənin ölümündə də İsraili ittiham edir.

Bir çox Qərb kəşfiyyatları Fəxrizadəni İranın məxfi nüvə silahı proqramının qurucusu hesab edirdilər.

Tehran nüvə silahı istehsal etmək niyyətində olduğunu inkar edir. İsrail isə Fəxrizadənin ölümündə əli olduğuna dair iddiaları rədd edir.

İsrailin Jerusalem Post qəzeti aprelin 6-da yazıb ki, Tehran İranın Şərqi Azərbaycan ostanında həbs olunanların dələduzluq, sənədlərin saxtalaşdırılması, qanunsuz bank çeklərinin hazırlanması və satışı ilə məşğul olduqlarını bildirib.

Qəzetin yazdığına görə İranın Təsnim xəbər agentliyi hadisə barədə geniş məqalə dərc edib.

Məqalədə Şərqi Azərbaycan ostanı kəşfiyyatının baş direktoruna istinadən deyilir ki, bu dələduz qruplaşması yoxsul və narkotik aludəçiliyi olanları ələ alaraq “cinayət əməllərində” onlardan istifadə ediblər.

Bu da iddia olunur ki, cinayətkar dəstəyə bank sistemindəki “kriminal ünsürlər” kömək edirdilər.

Məxfi sənədlərin İsrailə Azərbaycandan aparılması iddiası

Jerusalem post yazır ki, xəbərlərdən bu qrupun “İsrail casusları” ilə əlaqəsi aydın olmur.

İran kəşfiyyatı sözü gedən qrupun valyuta, qızıl və alkoqollu içkilər qaçaqmalçılığında əli olduğunu bildirib.

Jerusalem Post yazır ki, 2018-ci ildə bir Küveyt qəzeti “məlumatlı mənbəyə” istinadən iddia etmişdi ki, İsrailin kəşfiyyat xidmətləri İranın nüvə proqramına aid yarım ton məxfi sənədi Tehrandan İsrailə keçirmək üçün Azərbaycanın ərazisindən istifadə ediblər.

Mənbə sözü gedən sənədlərin Azərbaycana neçə keçirilməsi barədə detalları bildirməyib.

Lakin mənbə bildirib ki, sənədlərin Azərbaycan ərazisi ilə iddia olunan transferindən Azərbaycan hakimiyyət orqanlarının xəbəri olmayıb.

İddia edilir ki, sənədlər Azərbaycandan Tel-Əvivə hava nəqliyyatı ilə daşınıb.

İranda Əlirza Fərşinin həbs cəzası 50 ay artırıldı
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

“Qüdrətli milli azlıq”

Məqalədə deyilir ki, Mohsen Fəxrizadənin qətlindən sonra New York Times qəzeti İranın “zəif yerinin” onun Azərbaycanla sərhədi olduğunu yazmışdı.

Jerusalem Post yazır ki, mərkəzi şəhəri Təbriz olan Şərqi Azərbaycan İranın 30 ostanından biridir. Bundan başqa Qərbi Azərbaycan və Ərdəbil ostanları da var. Bu ostanlar Azərbaycan və Ermənistanla həmsərhəddir.

Məqalədə deyilir ki, Azərbaycan və Ermənistan arasında baş vermiş son münaqişə vaxtı İran etnik azərbaycanlıların millətçilik zəminində fəallaşa biləcəyindən narahat idi.

Jerusalem Post yazır ki, İranda milyonlarla azərbaycanlı var və bu, “qüdrətli milli azlıqdır”.

Qəzet ehtimal edir ki, “casuslar” barədə iddialar bu bölgədə təqiblərin həyata keçirilməsi üçün bəhanə ola bilərdi.

Məqalədə deyilir ki, İran ötən il ərzində bu ərazilərdə təhlükəsizliyin və əməliyyat hazırlığının gücləndirildiyini bildirmişdi.

XS
SM
MD
LG