Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:30

Çexiya naziri vəzifəsini Rusiya vaksininə görə itirib?


Çexiya prezidenti Miloş Zeman (solda) Rusiya vaksini barədə deyib ki, bu məsələdə “ideoloji şivən” tamamilə yersizdir
Çexiya prezidenti Miloş Zeman (solda) Rusiya vaksini barədə deyib ki, bu məsələdə “ideoloji şivən” tamamilə yersizdir

Praqanın aparıcı xəstəxanalarından birinin rəhbəri Petr Arenberger Çexiyanın səhiyyə naziri vəzifəsinə təyin edilib.

Bu barədə sərəncamı prezident Miloş Zeman imzalayıb.

O yeni nazirə Çexiya vətəndaşlarının sağlamlığı naminə Rusiyanın Sputnik V preparatı da daxil mümkün olan bütün koronavirus vaksinlərinin əldə olunmasını tapşırıb.

Zeman əlavə edib ki, o vaksin sifariş etmək üçün İsrail, Rusiya və Çin rəhbərlərinə məktub göndərib.

Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri olan Çexiya prezidenti deyib ki, bu məsələdə “ideoloji şivən” tamamilə yersizdir.

Arenbergerdən əvvəlki nazir – Yan Blatnı Avropa tənzimləyicisinin rəsmi təsdiqinə qədər Rusiya vaksinindən istifadənin əleyhinə çıxırdı.

Yeni nazir Sputnik V-yə tərəfdardır

Avropa İttifaqında vaksinasiyanın yavaş templərindən narazılıq edən prezident Zeman və baş nazir Andrey Babiş keçmiş səhiyyə nazirinin Sputnik V vaksininə münasibətini tənqid edirdilər.

Blatnı vəzifədən uzaqlaşdırılmasını siyasi qərar adlandırıb.

Lakin Babiş nazirin işdən çıxarılmasının Rusiya vaksini ilə bağlı olmadığında israr edib.

Onun sözlərinə görə Çexiya Rusiya vaksinini Avropa İttifaqından ayrı qaydada təsdiqləməyəcək.

Babiş bildirib ki, nazirin vəzifədən uzqlaşdırılmasına əsas səbəb səhiyyə sahəsinə rəhbərlik məsələsində fikir ayrılığıdır.

O habelə nazirlik sistemindəki lüzumsuz bürokratiyanı tənqid edib.

Yeni nazir bundan əvvəl demişdi ki, o Rusiya vaksinindən istifadəyə icazə verəcək vıə bunun üçün Çexiya tənzimləyicisinin qərarı kifayətdir.

Nazir ümid edir ki, belə bir icazə yaxın bir ay müddətində veriləcək.

Vaksinin “etik” tərəfi

Rusiyanın Sputnik V vaksini hazırda Avropanın dərman preparatları agentliyi – EMA-da qeydiyyat mərhələsindədir.

Əgər vaksin qeydiyyatdan keçərsə, ondan Avropa İttifaqında istifadəyə icazə veriləcək.

Financial Times qəzeti xəbər verirdi ki, EMA Sputnik V vaksininin sınağı zamanı bütün etik standartların gözlənməsini yoxlayacaq.

Bundan əvvəl Reuters agentliyinin verdiyi xəbərdə bildirilirdi ki, Rusiyada bir çox dövlət qulluqçularından sınaqlarda iştirak etmək tələb olunub.

Vaksin istehsalçıları bu iddianı rədd ediblər.

Rusiya vaksininin gətirdiyi ixtilaf

Əhalisi 11 miyon nəfər olan Çexiyada ötən il COVID-19 yoluxmalarının sıçrayışlı artımı baş verib.

Son məlumatlara görə ölkədə bu virusa artıq 1.5 milyon nəfər yoluxub. Koronavirusdan 27 min nəfərin vəfat etdiyi bildirlir.

Çexiya ölüm faizinə görə bütün dünyada ilk yerlərdən birini tutur.

Avropa İttifaqında Sputnik V vaksinindən müstəqil qaydada Macarıstan və Slovakiya istifadə edirlər.

Slovakiyada Rusiya vaksinindən istifadə siyasi böhrana səbəb olub və baş nazir İqor Matoviç istefa verib.

Hazırda Avstriya Rusiya vaksinin alınması məsələsini nəzərdən keçirir. Bu barədə məlumatı mart ayında kansler Sebastyan Kurts vermişdi.

Almaniya bildirib ki, o da Avropa İttifaqının təsdiqindən sonra Sputnik V vaksinindən istifadəyə hazırdır.

XS
SM
MD
LG