Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:00

Yenə rekord ölüm və yoluxma


Viktor Orbana vaksin vurulur
Viktor Orbana vaksin vurulur

Xorvatiya hökuməti bildirib ki, aprelin 8-də hər dörd nəfərdən biri AstraZeneca vaksinini vurdurmağa getməyib

Dünyanın bir sıra ölkələrində COVID-19-dan rekord ölüm və yoluxma aşkarlanıb. Virus variantları sürətlə yayılmaqdadır. Bu arada AstraZeneca vaksini ətrafında yaranmış söz-söhbət vaksinasiya kampaniyalarında qarışıqlıq yaradıb.

AB-nin dərmanları tənzimləyən orqanı qan laxtalanmasını AstraZeneca vaksininin “çox nadir” yan təsiri ola biləcəyini bildirib. Britaniya və AB rəsmiləri vaksinin faydasının onun risklərini üstələdiyini bəyan etsələrdə də, bir sıra ölkələr AstraZeneca-nı yalnız yaşı 55 və ya 60-dan az olanlara vurmağa başlayıblar. Meksika və Braziliya hər hansı məhdudiyyət qoyulmayacağını açıqlalyıblar.

Vaksinasiyada qarışıqlıq

Afrika Birliyi bu vaksini almaq planlarını dayandırıb. AstraZeneca daha ucuz, digər vaksinlərlə müqayisədə daha əlçatan olduğundan vaksinasiya kampaniyasında əhəmiyyətli sayılır.

Amma son məsələlər bu vaksin ətrafında ictimai qarışıqlıq, narahatlıq yarada bilər.

Xorvatiya hökuməti bildirib ki, aprelin 8-də hər dörd nəfərdən biri AstraZeneca vaksinini vurdurmağa getməyib. Polşada da adamların vaksin vurdurmaq planlarını təxirə saldığı bildirilir.

Bu arada İran, Hindistan və Türkiyədə COVID-19-dan rekord yoluxma qeydə alınmaqdadır. Braziliyada vəziyyət pisləşir, ölkədə daha bir rekord – günə 4 min 249 ölüm qeydə alınıb.

P1 variantı həm gənclər, həm də yaşlılar arasında eyni cür yayılır, xəstəxanalar təzyiq altındadır. Ölkənin 210 milyonluq əhalisindən 3 faizindən də azına peyvənd vurulub.

Braziliyada artıq virusdan 340 min nəfərdən çox ölən olub, ABŞ-da isə bu göstərici 560 minə yaxındır.

Birləşmiş Ştatlarda böyüklərin 20 faizə yaxınına peyvənd vurulub.

Macarıstan məktəbləri açmadı

Macarıstan hakimiyyəti isə orta məktəblərin açılmasını mayın ortasınadək təxirə salıb. Baş nazir Viktor Orban aprelin 9-da dövlət radiosunda bildirib ki, məktəblər bir də mayın 10-da açılacaq.

Ölkədə yoluxmalar martın 26-da pik həddə çataraq 11 mini keçmişdi. O vaxtdan tədricən azalma gedir, amma müəllimlər, tələbə və valideynlər qadağaların tələsmədən qaldırılmasına çağırırlar.

Aprelin 7-dən hökumət qadağaları nisbətən yüngülləşdirməyə başlayıb, artıq əhalinin 25 faizinə peyvənd vurulduğu bildirilir.

Orban və hakim Fidesz partiyası iqtisadiyyatı dirçəltməkdən ötrü sürətli açılım tərəfdarıdırlar. Macarıstan AB-nin yeganə üzvüdür ki, Rusiyanın Sputnik V və Çinin Sinopharm vaksinləri ilə kütləvi peyvəndləməyə başlayıb.

Orban AB-nin COVID-19-a reaksiyasını kəskin tənqid edənlərdəndir.

XS
SM
MD
LG